03.06.2025
5 iyun 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində 15 İyun — Milli Qurtuluş Günü münasibətilə “Böyük xilaskar” adlı tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanmasından, 1990-cı illərin əvvəllərində ölkədəki siyasi böhran nəticəsində xalqımızın müstəqilliyini yenidən itirmək təhükəsi ilə qarşılaşmasından danışılıb. Bildirilib ki, ölkədə baş verən siyasi qarışıqlıq və Ermənistanla başlanmış müharibə şəraitində ulu öndər Heydər Əliyev xalqımızın tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək, ölkəmizin müstəqilliyini yenidən itirməsinin qarşısını aldı.
Çıxışlardan sonra Milli Qurtuluş Gününə həsr olunmuş film izlənilib.