Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam rayon Mərkəzi Kitabxanasında “Konstitusiya suverenlik ili” ilə bağlı “Bərabər haqlar, hüquqi dövlət ” adlı tədbir keçirilib

31.01.2025

31 yanvar 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin Mərkəzi Kitabxanasında “Konstitusiya və suverenlik ili” ilə bağlı “Bərabər haqlar, hüquqi dövlət ” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışılıb, konstitusiyamızın xalqımızın birliyinin rəmzi olduğu bildirilib.