Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib

12.02.2025

12 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mövzu ətrafında çıxışlar edilərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsindən danışılıb, Konstitusiyamızın ölkəmizin ərazi bütövlüyünün və xalqımızın birliyinin rəmzi olduğu bildirilib.