Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tərtərdə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

19.09.2024

19 sentyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər rayon Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə çıxış edənlər Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını vurğulayıb. Ü.Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsinin Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirildiyi vurğulanaraq bildirilib ki, onun doğulduğu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

 Sonda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alan” filmi nümayiş olunub.