Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdamda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

21.09.2024

19 sentyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Milli Musiqi Günündən, dünya şöhrətli bəstəkarın çoxşaxəli fəaliyyətindən, sanballı ədəbi irsindən, musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıblar.

 Sonda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alan” filmi nümayiş olunub.