03.09.2025
03 sentyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinin 34 illiyi münasibətilə Füzuli Gənclər evində “İz” sənədli filmi nümayiş etdirilib.
Filmin ssenarisi ümummilli lider Heydər Əliyevin müxtəlif zamanlarda etdiyi çıxışları əsasında qurulub və ulu öndərin müəllifi olduğu müasir, müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Filmdə həmçinin ümummilli liderin həyatı, vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət, işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi öz əksini tapıb.