Ağcabədi - Azərbaycan Respublikasında əkinçilik və maldarlıqla məşğul olan rayonlardan biridir. Ağcabədi sözünün mənası iri məskəndir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlı qəbirstanlıqlara da rast gəlmək olur.
Ağcabədi rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı tarixi mənbələrdə ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi Qarabağın qədim türk tayfaları olan Qaradolaqlıların, Avşarların, Bayatların, Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır.
. Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunub, Ağdam rayonunun tabeliyinə verilmişdir. 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Ağcabədi rayonunun mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonu 1 qəsəbə, 44 kənddən ibarətdir.
Ağcabədi rayonunun Avşar kəndi-
Bu kəndin adı qədim tarixə mənsub olan Oğuzlarla bağlıdır.Avşarlar Oğuz xanın oğlu Ulduz xanın törəmələrindədir. “ Avşar” – sözünün mənası – “ igid, cəsur, vəhşi heyvan ovuna hərisli “ deməkdir
Avşar kəndinin ərazisi 10.6 kv.km olmaqla əhalisi 6299 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Ağabəyli kəndi-
Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir.Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli Kəbirli tayfasının bir qoludur.
Ağabəyli kəndinin ərazisi 5.3 kv.km olmaqla əhalisi 543 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Aran kəndi -
Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır.Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı.XX əsrin 30 – cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Ağcabədi rayonunun Aşağı Avşar kəndi-
Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5-10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur.Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.
Aşağı Avşar kəndinin ərazisi 9.0 kv.km olmaqla əhalisi 1838 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Arazbar kəndi-
Kəndin adı yazılı ədəbiyyatda ilk dəfə XIII əsrdə Fəzullah Rəşidəddinin “ Məktublar” adlı əsərində çəkilir. XVIII əsrdə Arasbar kəndi Qarabağ xanlığının banisi Pənah xanın atası İbrahimxəlil ağanın heyvanlarının otlaq yeri olmuşdur. “ Arasbar” – sözünün mənası isə “ Araz qırağı yerlər olmaqla bərabər, həmçinin geniş düzən” mənasını daşıyır.
Arasbar kəndinin ərazisi 10.6 kv.km olmaqla əhalisi 1371 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Boyat kəndi-
Qədim tarixə mənsub olan Səlcuq Oğuzlarının boyat ( bayat) tayfasının adı ilə bağlıdır.Boyatlar Oğuz xanın oğlu Gün xanın törəmələrindədir. “ Bayat ” – sözünün mənası – “ varlı, dövlətli, köhnə “ deməkdir . Məhəmməd Füzuli, Bayandur xan, Dədə Qorqud Bayat boyuna məxsusdur. Boyat kəndi Qarabağ xanlığının ilk iqamətgahı olmuş, 1747- 1752- ci illər arası xanlıq Pənahəlixan tərəfindən buradan idarə olunmuşdur.
Boyat kəndinin ərazisi 7.6 kv.km olmaqla əhalisi 1754 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Biləğan kəndi –
Biləğan kəndinin əhalisi vaxtilə Beyləqandan köçüb gələn əhali olduğundan Beyləqan toponiminin variantı olub, “ düzənlik, çöl” mənasını bildirir.
Biləğan kəndinin ərazisi 4.2 kv.km olmaqla əhalisi 714 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi –
Pənah xanın nəslindən olan Əhmədbəy Cavanşirin kəndidir.Əhmədbəyin bir müddət övladı olmur.Sonralar qız övladı Həmidə xanım dünyaya gələndə sevindiyindən kənddə kəhriz qazdırır. Beləcə o zamandan kəndin adı Kəhrizli adlanır. Kənd böyük olduğundan iki hissəyə ayrılır: Böyük və Bala Kəhrizli.
Böyük Kəhrizli kəndinin ərazisi 7.8 kv.km olmaqla əhalisi 667 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Bala Kəhrizli kəndi –
Bala Kəhrizli kəndinin ərazisi 15.6 kv.km olmaqla əhalisi 1233 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Cəfərbəyli kəndi –
Oykonim Kəbirlilərinin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır.Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885 – ci ildə salınmışdır.
Cəfərbəyli kəndinin ərazisi 10.3 kv.km olmaqla əhalisi 903 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Hindarx qəsəbəsi –
Bu kəndin yaranması və adının mənşəyi barədə müxtəlif məlumatlar var. El arasında rəvayətə görə yaşayış məntəqəsi XVI əsrdən mövcuddur. Elmi fikrə görə “ hind” sözü dilimizdə tarixən qara mənasında işlənmişdir. Kəndin yaxınlığında hazırda da axan su qara olduğuna görə həmin arx Qarasu arxı adlanır. Kənd öz adını da məhz Hind ( qara) sözündən götürərək Hindrax adlanmışdır.
23 oktyabr 2007 – ci ildən Hindarx kəndi qəsəbə statusu almışdır və fəaliyyətini qəsəbə kimi davam etdirir.
Hindarx qəsəbəsinin ərazisi 48.2 kv.km olmaqla əhalisi 8431 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Hacıbədəlli kəndi –
Kəndin yaranması XIX əsrin birinci yarısına təsadüf edir. Kəndin ərazisini kəndin ilk sakinlərindən olan Hacı Bədəl, Xan qızı Natəvandan qızıl pulla satın almışdır.Sonra o, torpağı üç qardaşı arasında bölüşdürmüş , həmin qardaşları və Hacı Bədəlin törəmələri kəndi təşkil edib, yaradıblar. Kənd Hacı Bədəlin şərəfinə HacıBədəlli adlanmışdır.
Hacıbədəlli kəndinin ərazisi 21.9 kv.km olmaqla əhalisi 3401 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Hacılar kəndi-
Elmi ədəbiyyatda Hacılar əhalisi qızılbaşların zülqədər tayfasının Hacılar tirəsinə mənsub olduğu göstərilir. Bəzi mənbələrdə hacıların adı Şərqi Anadoluda yaşayan Hacılar adlı türk tayfası ilə bağlıdır. Kənd karvan yolları üstündə yerləşdiyindən ziyarətə gedib – gələn hacılar burada dincəlirmişlər və hətta bəzilərinin bura xoşuna gəldiyi üçün burada həmişəlik qalıb yurd salmışdır. Ona görə kəndə Hacılar ( Hacıların məskən saldığı yer) adı verilmişdir.
Hacılar kəndinin ərazisi 7.7 kv.km olmaqla əhalisi 1333 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Hüsülü kəndi -
Elmi ədəbiyyatda XIX əsrin əvvəllərində Hüsülü Qarabağda maldarlıqla məşğul olan bir elat olmuşdur.Hüsülü mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri olmuşdur. XVII əsrdə bu tirəyə mənsub ailələr şahsevənlərə qarışmış və Qarabağda yaşamağa başlanmışdır. (Kənd ilk sakinin adı ilə adlandırılmışdır).Kənddə yaşanan rəvayətə görə isə kənd ilk sakini – Hüsü kişinin adı ilə belə adlanır.
Hüsülü kəndinin ərazisi 24.0 kv.km olmaqla əhalisi 4527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Gələbədin kəndi -
Kəndin yaranması XIX əsrin I yarısına təsadüf edir. Gələbədin toponimi Qala düzü deməkdir. Lakin həmin ərazidə heç bir qala düzü qeydə alınmayıb. Kənd ağsaqqallarının məlumatına görə bu ərazilər əkin, maldarlıq üçün əlverişli olduğu üçün kəndin ilk sakinləri tərəfindən belə deyim formalaşmışdır: - gəl bənd al, ( yaşa ) yəni əlverişli, yaxşı yer mənasındadır. Sonralar isə həmin deyim kəndin adına çevrilmişdir.
Gələbədin kəndinin ərazisi 12. 5 kv.km olmaqla əhalisi 1313 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Xocavənd kəndi –
Elmi ədəbiyyatda Xocavənd sözünün mənası “ Xocalı nəsli” deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur.
Xocavənd kəndinin ərazisi 23.4 kv.km olmaqla əhalisi 3433 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Kəbirli kəndi -
Kəndin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Kəbirli kəndi 1932- ci ildə salınıb.
Kəbirli kəndinin ərazisi 11. 6 kv.km olmaqla əhalisi 2261 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Köyük kəndi -
Köyük toponimi “ köyük ” sözündən olub, mənası yaşıllıq, meşəlik anlamındadır. Kəndin yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. Həmin əsrin 40 – cı illərinə kimi kənd əhalisi əsasən maldarlıqla məşğul olmuş,köçəri həyat sürmüşdür. Sonralar isə oturaq həyata keçib, yurd - binə salmışlar. Kəndin əhalisi iki nəslin törəməsidir. Bunlardan biri Pənahxanın nəslindən olan Ağdamın Sarıcalı kəndindən gələn Məşədi Alının, digəri isə Ağdamın Qızıllı Kəngərli kəndindən olan Qədim kişinin nəslinin törəməsidir.
Köyük kəndinin ərazisi 10.2 kv.km olmaqla əhalisi 848 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Kürdlər kəndi -
Kənd Musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. Kəndin ilk sakinləri əsasən maldarlıqla məşğul olmuş,köçəri həyat sürmüşlər. Sonralar isə oturaq həyata keçib, yurd - binə salmışlar.
Kürdlər kəndinin ərazisi 7.4 kv.km olmaqla əhalisi 952 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun İmamqulubəyli kəndi -
Kəndin yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd həmin vaxt 104 ailədən ibarət olan Qaradolaq tayfasına mənsub ailələr tərəfindən salınmışdır.Kəndin idarə olunması hüququnu Çar höküməti qaradolaqlı İmamqulubəyə vermişdir. Bundan sonra kənd bəyin adı ilə - İmamqulubəyli adlanmışdır.
İmamqulubəyli kəndinin ərazisi 5.4 kv.km olmaqla əhalisi 1117 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaravəlli kəndi -
Kənd Qaravəlli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına əsasən kəndin adı Qara Vəli adlı bu kənddə ilk yaşayan sakinlərdən birinin adı ilə bağlıdır. Ona görə də kənd Qaravəlli adlanır. Qaravəlli kəndi rayonda ziyalılarının sayına görə seçilir.
Qaravəlli kəndinin ərazisi 18.0 kv.km olmaqla əhalisi 2993 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaraxanlı kəndi -
Oykonim Qaraxanlı nəslinin adı ilə əlaqədardır. Oğuz tayfalarından biri olan bayatlara mənsub Qaraxanlı tayfası 1865- ci ildə bu yerlərdə məskən salmışdır. Qaraxanlı kəndi bu tirənin adı ilə adlanmışdır. Qaraxanlılar orta əsrlərdə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Bu tayfa birliyi Qaraxanlılar dövlətini yaratmış və ilk hökmdarı Əbdülkərim Satuk Buğra Qaraxan ( 940-955 ) olmuşdur.
Qaraxanlı kəndinin ərazisi 5.5 kv.km olmaqla əhalisi 909 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qiyaməddinli kəndi - ( el arasında – Qiyamadınlı kəndi)
Kəndin əsası XIX əsrin əvvəllərində İranda yaşayış tərzindən narazı qalan iki qardaşın – Səfəralı bəylə, Hümbətalı bəyin bu əraziyə köçüb gəlməsi nəticəsində qoyulmuşdur.
Lakin iki qardaş arasında narazılıq düşdüyündən Səfəralı bəy öz yaxın adamları ilə həmin yerdən köçüb, “ Torağay təpəsi” deyilən yerə gəlmiş və həmin ərazidə indiki Aşağı Qiyaməddinli kəndini salmışdır.Hümbətalı bəy isə Yuxarı Qiyaməddinli kəndində qalmışdır.El arasında həmin kəndə Arasbar və Hümbətalı bəyin Qiyaməddinlisi də deyilir. Lakin kəndin nəyə görə Qiyaməddinli adlanması istər elmi ədəbiyyatda , istərsə də əhalisi tərəfindən hələ ki bilinmir.
Qiyaməddinli kəndinin ərazisi 15.3 kv.km olmaqla əhalisi 1671 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaradolaq kəndi -
Kəndin yaranması Qaradolaq tayfasının adı ilə bağlıdır. XVIII əsrdə Pənahəli xan kəngərlilərin tərkibində qaradolaqlıların bir qismini Qarabağa köçürmüşdür.Sonradan 1820- ci ildə Qarabağ xanı Mehdiqulu xan da İrəvandan gətirdiyi 18 ailədən ibarət Qaradolaqlıları tarixçi Mirzə Adıgözəl bəyə bağışladı və onlar Qaradolaqda yerləşdirildi.
Qaradolaqlılar əvvəllər yarımköçəri həyat sürmüş, XX əsrin əvvəllərində oturaq həyata keçmişlər.1938- ci ildə Kürün daşması nəticəsində qaradolaqlılar məskunlaşdıqları Kürqırağı sahələrdən indi məskunlaşdıqları əraziyə köçürüldü. Burada onlar Qaradolaq, sonra isə Yeni Qaradolaq kəndlərini yaratdı..
Qaradolaq kəndinin ərazisi 32.7 kv.km olmaqla əhalisi 3084 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Minəxorlu kəndi –
Kəndin yaranması Qarabağ xanlığının adı ilə bağlıdır. Kəndin məskunlaşması XVIII əsrin sonlarına təsadüf edir.XVIII əsrin sonlarında Qarabağ xanlığının at ilxısını saxlamaq üçün bu ərazidə 1000 oxurlu böyük tövlələr tikilmiş və həmin atlara qulluq etmək üçün Qaravəlli tayfasından 31 ailə ora köçürülmüşdür. Beləliklə yeni yaranan ərazi el arasında Minaxorlu ( min axurlu yer ) adlanmışdır.
Minəxorlu kəndinin ərazisi 13.7 kv.km olmaqla əhalisi 2131 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Muğanlı kəndi –
Muğanlı adı türkdilli Azərbaycan tayfası olan Muğanlıların adı ilə bağlıdır.Muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət tayfa Muğan düzündə yaşadığından həmin ərazinin adı Muğanlı adlanmışdır.Kəndin adamları əvvəllər Haramı düzündə Xocavənd rayonunun Muğanlı kəndi ilə qonşu ərazidə yaşamış,XX əsrin əvvəllərində Hacı Əmrah və Nəcəfqulu qardaşlarının köməkliyi ilə indiki əraziyə köçmüşlər.
Muğanlı kəndinin ərazisi 14.7 kv.km olmaqla əhalisi 1622 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Mirzəhaqverdili kəndi –
Yaşayış məntəqəsi görkəmli yazıçı - dramaturq Əbdülrəhim bəy Haqverdiyevin mənsub olduğu nəslin adı ilə bağlı olduğu üçün Mirzəhaqverdili adlanır. Nəslin başçısı isə Mirzə Haqverdi olduğu üçün kənd belə adlanır və XIX əsrin ikinci yarısında salınmışdır.
Mirzəhaqverdili kəndinin ərazisi 6.8 kv.km olmaqla əhalisi 576 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Mehrablı kəndi –
Kənd Qaradolaq tayfasının Mehrablı tirəsinə mənsub olan ailələr tərəfindən salındığına görə belə adlanır.
Mehrablı kəndinin ərazisi 18.4 kv.km olmaqla əhalisi 1570 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi –
XX əsrdə Kür çayı kənarında salınmış kənddir.Yerin coğrafi əlamətinə uyğun olaraq el arasında “ Yastı yol” kimi də adlanır.Kənd Qaradolaq tayfasından olan Nəcəfqulubəyli tirəsinin adı ilə bağlıdır və həmin tirənin məxsus olduğu Nəcəfqulubəyin adını daşıyır.
Nəcəfqulubəyli kəndinin ərazisi 6.9 kv.km olmaqla əhalisi 1220 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Pərioğullar kəndi –
Yaşayış məskəni kimi mənbələrdə XVIII əsrin sonu , XIX əsrin əvvəllərində mövcud olduğu göstərilir. Yaşayış məntəqəsi Kəbirlilər tayfasının pərioğullar tirəsinin burada məskunlaşması nəticəsində yaranmışdır.
Pərioğullar kəndinin ərazisi 15.3 kv.km olmaqla əhalisi 1660 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Poladlı kəndi –
Poladlı kəndi XIX əsrin əvvəllərində yaranmışdır. Kəndin ilk adı Polad Məmmədli olmuşdur. Kəndin adı oykonim şahsevənlərindən Poladlı tayfasının başçısı çox qüvvətli olan Polad Məmmədin adı ilə bağlıdır.
Poladlı kəndinin ərazisi 11.2 kv.km olmaqla əhalisi 1406 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Rəncbərlər kəndi –
Kəndin adından göründüyü kimi kəndin ilk sakinləri rəncbərlər, yəni əkinçilər olmuşdur.Kəndin yaranması iki yüz ildən artıq bir dövrü əhatə edir.
Rəncbərlər kəndinin ərazisi 20.2 kv.km olmaqla əhalisi 2466 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Salmanbəyli kəndi –
Bu kənd 1928- ci ildən başlayaraq yaranmışdır.Kəndin keçmiş adı Kəbirli olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman sosial – demokrat “ Hümmət “ təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927- ci ildə Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.
Salmanbəyli kəndinin ərazisi 12.7 kv.km olmaqla əhalisi 2371 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Sarvanlar kəndi –
Bu kəndin yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. Qədim zamanlarda kəndin olduğu ərazilərdə karvan bələdçiləri sarvanların düşərgə yeri olduğu üçün kənd belə adlanmışdır. Sarvanlar kəndinin adı “dəvə saxlanan, mühafizə olunan “ anlamındadır.
Sarvanlar kəndinin ərazisi 3.9 kv.km olmaqla əhalisi 580 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Sarıcalı kəndi –
Bu kəndin yaranması XVIII əsrin ikinci yarısına təsadüf edir. Tarixi kənd olan Sarıcalı adı Bəhmənli tayfasının bir qolu olan sarıcalıların adı ilə bağlıdır.Kəndin adı məşhur Qarabağ xanı Pənahəli xanın babası Sarıca Əlinin adı ilə belə adlanmışdır.
Sarıcalı kəndinin ərazisi 11.2 kv.km olmaqla əhalisi 1734 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Taynaq kəndi –
Taynaq adı tay və naq sözlərinin birləşməsindən yaranmışdır. “ Tay “ sözü bir çox türkdilli xalqların dillərində yüksəklik, suayrıcı və meşəlik mənalarında, “ naq “ şəkilçisi isə yerli mənsubiyyət anlamını bildirərək kəndin mənasını əks etdirir.
Taynaq kəndinin ərazisi 7.8 kv.km olmaqla əhalisi 914 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Təzəkənd kəndi –
Kəndin əsası XX əsrin 20 – ci illərində Hüsülü kəndindən köçüb gəlmiş, bir qrup ailələr tərəfindən salınmışdır.Kəndin ərazisi Hüsülü bəylərindən olan Fərrux bəy Vəzirova məxsus olmuşdur.
Təzəkənd kəndinin ərazisi 21.5 kv.km olmaqla əhalisi 2566 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahsevən kəndi-
Şahsevən qvardiyasının adı ilə bağlıdır. XVI əsrdə I Şah Abbas Səfəvi hökmdarlığını qüvvətləndirmək üçün şaha sadiq tayfalardan ( cavanşir, avşar, qacar) 100.000 nəfərdən ibarət xüsusi qvardiya dəstələri düzəldib, Şimali Azərbaycanın müxtəlif əyalətlərinə göndərir. Ona görə də onların məskunlaşdığı ərazi, yurd Şahsevən adlanır.
Şahsevən kəndinin ərazisi 9. 6 kv.km olmaqla əhalisi 413 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahmallar kəndi –
Bu kənd yerli mənbələrdən alınan məlumata görə XX əsrin I yarısında Şahmallar nəslinə mənsub ailələr tərəfindən salınmışdır.Şahmallar Kəbirli tayfasının bir qoludur.Əvvəllər kəndin adı Şahıməlilər olmuşdur. Toponim Şahıməlili şəxs adından və cəmlik bildirən “ lar” şəkilçisindən ibarətdir.
Şahmallar kəndinin ərazisi 3.6 kv.km olmaqla əhalisi 300 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi-
Şahsevən Təzəkənd kəndi vaxtilə Muğanlı kəndindən ayrılıb, ayrıca kəndə, yaşayış məskəninə çevrildiyi üçün belə adlanmışdır.
Şahsevən Təzəkənd kəndinin ərazisi 6.4 kv.km olmaqla əhalisi 780 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şotlanlı kəndi-
Yaşayış məntəqəsi kürd mənşəli Şotlanlı tayfasının burada məskunlaşması nəticəsində yaranmışdır.Kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir.
Şotlanlı kəndinin ərazisi 3.4 kv.km olmaqla əhalisi 290 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şərəfxanlı kəndi-
Kəndin ilk sakinləri şahsevənlər nəslinə mənsub olan ailələr olmuşdur. Kəndin yaranması XX əsrin əvvəllərində şərəfxanlı nəslinə mənsub ailələrin köçüb gəlməsi nəticəsində yaranmışdır və “ Şərəfxanlı “ adlanmışdır.
Şərəfxanlı kəndinin ərazisi 5.6 kv.km olmaqla əhalisi 839 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şənlik kəndi-
Kəndin sakinləri Muğanlı tayfasına malik olan insanlardır.Kənd sakinləri əvvəllər Kür qırağında beş kiçik kənd halında olmuşlar. Lakin Kür daşqını nəticəsində Qaradolaq kəndində baraklarda məskunlaşmışlar. Nəhayət 1948 – ci ildə yenidən öz yurd – yuvalarına qayıtmışlar və bu ərazi “ Şənlik” kəndi adlanmışdır.
Şənlik kəndinin ərazisi 22.6 kv.km olmaqla əhalisi 3138 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi – ( el arasında – Qiyamadınlı kəndi )
Kənd əsası XIX əsrin əvvəllərində İranda yaşayış tərzindən narazı qalan iki qardaşın – Səfəralı bəylə, Hümbətalı bəyin bu əraziyə köçüb gəlməsi nəticəsində qoyulmuşdur.
Lakin iki qardaş arasında narazılıq düşdüyündən Səfəralı bəy öz yaxın adamları ilə həmin yerdən köçüb, “ Torağay təpəsi” deyilən yerə gəlmiş və həmin ərazidə indiki Aşağı Qiyaməddinli kəndini salmışdır.Hümbətalı bəy isə Yuxarı Qiyaməddinli kəndində qalmışdır.El arasında həmin kəndə Arasbar və ya Hümbətalı bəyin Qiyaməddinlisi də deyilir. Lakin kəndin nəyə görə Qiyaməddinli adlanması istər elmi ədəbiyyatda , istərsə də əhalisi tərəfindən hələ ki bilinmir.
Yuxarı Qiyaməddinli kəndinin ərazisi 21.9 kv.km olmaqla əhalisi 3254 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi –
Kəndin yaranması Qaradolaq tayfasının adı ilə bağlıdır. XVIII əsrdə Pənahəli xan kəngərlilərin tərkibində qaradolaqlıların bir qismini Qarabağa köçürmüşdür
Qaradolaqlılar əvvəllər yarımköçəri həyat sürmüş, XX əsrin əvvəllərində oturaq həyata keçmişlər.1938- ci ildə Kürün daşması nəticəsində qaradolaqlılar Kürqırağından indiki məskunlaşdıqları əraziyə köçürülmüşdür. Burada onlar Qaradolaq, sonra isə Yeni Qaradolaq kəndlərini yaratmışlar.
Qaradolaq kəndinin ərazisi 22.1 kv.km olmaqla əhalisi 2532 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.Ağcabədi - Azərbaycan Respublikasında əkinçilik və maldarlıqla məşğul olan rayonlardan biridir. Ağcabədi sözünün mənası iri məskəndir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlı qəbirstanlıqlara da rast gəlmək olur.
Ağcabədi rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı tarixi mənbələrdə ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi Qarabağın qədim türk tayfaları olan Qaradolaqlıların, Avşarların, Bayatların, Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır.
. Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunub, Ağdam rayonunun tabeliyinə verilmişdir. 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Ağcabədi rayonunun mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonu 1 qəsəbə, 44 kənddən ibarətdir.
Ağcabədi rayonunun Avşar kəndi-
Bu kəndin adı qədim tarixə mənsub olan Oğuzlarla bağlıdır.Avşarlar Oğuz xanın oğlu Ulduz xanın törəmələrindədir. " Avşar" - sözünün mənası - " igid, cəsur, vəhşi heyvan ovuna hərisli " deməkdir
Avşar kəndinin ərazisi 10.6 kv.km olmaqla əhalisi 6299 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Ağabəyli kəndi-
Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir.Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli Kəbirli tayfasının bir qoludur.
Ağabəyli kəndinin ərazisi 5.3 kv.km olmaqla əhalisi 543 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Aran kəndi -
Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır.Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı.XX əsrin 30 - cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.
Ağcabədi rayonunun Aşağı Avşar kəndi-
Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5-10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur.Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.
Aşağı Avşar kəndinin ərazisi 9.0 kv.km olmaqla əhalisi 1838 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Arazbar kəndi-
Kəndin adı yazılı ədəbiyyatda ilk dəfə XIII əsrdə Fəzullah Rəşidəddinin " Məktublar" adlı əsərində çəkilir. XVIII əsrdə Arasbar kəndi Qarabağ xanlığının banisi Pənah xanın atası İbrahimxəlil ağanın heyvanlarının otlaq yeri olmuşdur. " Arasbar" - sözünün mənası isə " Araz qırağı yerlər olmaqla bərabər, həmçinin geniş düzən" mənasını daşıyır.
Arasbar kəndinin ərazisi 10.6 kv.km olmaqla əhalisi 1371 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Boyat kəndi-
Qədim tarixə mənsub olan Səlcuq Oğuzlarının boyat ( bayat) tayfasının adı ilə bağlıdır.Boyatlar Oğuz xanın oğlu Gün xanın törəmələrindədir. " Bayat " - sözünün mənası - " varlı, dövlətli, köhnə " deməkdir . Məhəmməd Füzuli, Bayandur xan, Dədə Qorqud Bayat boyuna məxsusdur. Boyat kəndi Qarabağ xanlığının ilk iqamətgahı olmuş, 1747- 1752- ci illər arası xanlıq Pənahəlixan tərəfindən buradan idarə olunmuşdur.
Boyat kəndinin ərazisi 7.6 kv.km olmaqla əhalisi 1754 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Biləğan kəndi -
Biləğan kəndinin əhalisi vaxtilə Beyləqandan köçüb gələn əhali olduğundan Beyləqan toponiminin variantı olub, " düzənlik, çöl" mənasını bildirir.
Biləğan kəndinin ərazisi 4.2 kv.km olmaqla əhalisi 714 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi -
Pənah xanın nəslindən olan Əhmədbəy Cavanşirin kəndidir.Əhmədbəyin bir müddət övladı olmur.Sonralar qız övladı Həmidə xanım dünyaya gələndə sevindiyindən kənddə kəhriz qazdırır. Beləcə o zamandan kəndin adı Kəhrizli adlanır. Kənd böyük olduğundan iki hissəyə ayrılır: Böyük və Bala Kəhrizli.
Böyük Kəhrizli kəndinin ərazisi 7.8 kv.km olmaqla əhalisi 667 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Bala Kəhrizli kəndi -
Bala Kəhrizli kəndinin ərazisi 15.6 kv.km olmaqla əhalisi 1233 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Cəfərbəyli kəndi -
Oykonim Kəbirlilərinin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır.Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885 - ci ildə salınmışdır.
Cəfərbəyli kəndinin ərazisi 10.3 kv.km olmaqla əhalisi 903 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Hindarx qəsəbəsi -
Bu kəndin yaranması və adının mənşəyi barədə müxtəlif məlumatlar var. El arasında rəvayətə görə yaşayış məntəqəsi XVI əsrdən mövcuddur. Elmi fikrə görə " hind" sözü dilimizdə tarixən qara mənasında işlənmişdir. Kəndin yaxınlığında hazırda da axan su qara olduğuna görə həmin arx Qarasu arxı adlanır. Kənd öz adını da məhz Hind ( qara) sözündən götürərək Hindrax adlanmışdır.
23 oktyabr 2007 - ci ildən Hindarx kəndi qəsəbə statusu almışdır və fəaliyyətini qəsəbə kimi davam etdirir.
Hindarx qəsəbəsinin ərazisi 48.2 kv.km olmaqla əhalisi 8431 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Hacıbədəlli kəndi -
Kəndin yaranması XIX əsrin birinci yarısına təsadüf edir. Kəndin ərazisini kəndin ilk sakinlərindən olan Hacı Bədəl, Xan qızı Natəvandan qızıl pulla satın almışdır.Sonra o, torpağı üç qardaşı arasında bölüşdürmüş , həmin qardaşları və Hacı Bədəlin törəmələri kəndi təşkil edib, yaradıblar. Kənd Hacı Bədəlin şərəfinə HacıBədəlli adlanmışdır.
Hacıbədəlli kəndinin ərazisi 21.9 kv.km olmaqla əhalisi 3401 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Hacılar kəndi-
Elmi ədəbiyyatda Hacılar əhalisi qızılbaşların zülqədər tayfasının Hacılar tirəsinə mənsub olduğu göstərilir. Bəzi mənbələrdə hacıların adı Şərqi Anadoluda yaşayan Hacılar adlı türk tayfası ilə bağlıdır. Kənd karvan yolları üstündə yerləşdiyindən ziyarətə gedib - gələn hacılar burada dincəlirmişlər və hətta bəzilərinin bura xoşuna gəldiyi üçün burada həmişəlik qalıb yurd salmışdır. Ona görə kəndə Hacılar ( Hacıların məskən saldığı yer) adı verilmişdir.
Hacılar kəndinin ərazisi 7.7 kv.km olmaqla əhalisi 1333 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Hüsülü kəndi -
Elmi ədəbiyyatda XIX əsrin əvvəllərində Hüsülü Qarabağda maldarlıqla məşğul olan bir elat olmuşdur.Hüsülü mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri olmuşdur. XVII əsrdə bu tirəyə mənsub ailələr şahsevənlərə qarışmış və Qarabağda yaşamağa başlanmışdır. (Kənd ilk sakinin adı ilə adlandırılmışdır).Kənddə yaşanan rəvayətə görə isə kənd ilk sakini - Hüsü kişinin adı ilə belə adlanır.
Hüsülü kəndinin ərazisi 24.0 kv.km olmaqla əhalisi 4527 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Gələbədin kəndi -
Kəndin yaranması XIX əsrin I yarısına təsadüf edir. Gələbədin toponimi Qala düzü deməkdir. Lakin həmin ərazidə heç bir qala düzü qeydə alınmayıb. Kənd ağsaqqallarının məlumatına görə bu ərazilər əkin, maldarlıq üçün əlverişli olduğu üçün kəndin ilk sakinləri tərəfindən belə deyim formalaşmışdır: - gəl bənd al, ( yaşa ) yəni əlverişli, yaxşı yer mənasındadır. Sonralar isə həmin deyim kəndin adına çevrilmişdir.
Gələbədin kəndinin ərazisi 12. 5 kv.km olmaqla əhalisi 1313 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Xocavənd kəndi -
Elmi ədəbiyyatda Xocavənd sözünün mənası " Xocalı nəsli" deməkdir. Vaxtilə bu ərazidə Xoca adlı bir şəxs, ilk sakin yaşamış, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurmuşdur. Ona görə bu yerlər Xocabənd, sonralar təhrif olunuraq Xocavənd adlanmışdır. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına kimi qeyd olunur.
Xocavənd kəndinin ərazisi 23.4 kv.km olmaqla əhalisi 3433 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Kəbirli kəndi -
Kəndin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Kəbirli kəndi 1932- ci ildə salınıb.
Kəbirli kəndinin ərazisi 11. 6 kv.km olmaqla əhalisi 2261 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Köyük kəndi -
Köyük toponimi " köyük " sözündən olub, mənası yaşıllıq, meşəlik anlamındadır. Kəndin yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. Həmin əsrin 40 - cı illərinə kimi kənd əhalisi əsasən maldarlıqla məşğul olmuş,köçəri həyat sürmüşdür. Sonralar isə oturaq həyata keçib, yurd - binə salmışlar. Kəndin əhalisi iki nəslin törəməsidir. Bunlardan biri Pənahxanın nəslindən olan Ağdamın Sarıcalı kəndindən gələn Məşədi Alının, digəri isə Ağdamın Qızıllı Kəngərli kəndindən olan Qədim kişinin nəslinin törəməsidir.
Köyük kəndinin ərazisi 10.2 kv.km olmaqla əhalisi 848 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun Kürdlər kəndi -
Kənd Musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. Kəndin ilk sakinləri əsasən maldarlıqla məşğul olmuş,köçəri həyat sürmüşlər. Sonralar isə oturaq həyata keçib, yurd - binə salmışlar.
Kürdlər kəndinin ərazisi 7.4 kv.km olmaqla əhalisi 952 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır
Ağcabədi rayonunun İmamqulubəyli kəndi -
Kəndin yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd həmin vaxt 104 ailədən ibarət olan Qaradolaq tayfasına mənsub ailələr tərəfindən salınmışdır.Kəndin idarə olunması hüququnu Çar höküməti qaradolaqlı İmamqulubəyə vermişdir. Bundan sonra kənd bəyin adı ilə - İmamqulubəyli adlanmışdır.
İmamqulubəyli kəndinin ərazisi 5.4 kv.km olmaqla əhalisi 1117 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaravəlli kəndi -
Kənd Qaravəlli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına əsasən kəndin adı Qara Vəli adlı bu kənddə ilk yaşayan sakinlərdən birinin adı ilə bağlıdır. Ona görə də kənd Qaravəlli adlanır. Qaravəlli kəndi rayonda ziyalılarının sayına görə seçilir.
Qaravəlli kəndinin ərazisi 18.0 kv.km olmaqla əhalisi 2993 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaraxanlı kəndi -
Oykonim Qaraxanlı nəslinin adı ilə əlaqədardır. Oğuz tayfalarından biri olan bayatlara mənsub Qaraxanlı tayfası 1865- ci ildə bu yerlərdə məskən salmışdır. Qaraxanlı kəndi bu tirənin adı ilə adlanmışdır. Qaraxanlılar orta əsrlərdə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Bu tayfa birliyi Qaraxanlılar dövlətini yaratmış və ilk hökmdarı Əbdülkərim Satuk Buğra Qaraxan ( 940-955 ) olmuşdur.
Qaraxanlı kəndinin ərazisi 5.5 kv.km olmaqla əhalisi 909 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qiyaməddinli kəndi - ( el arasında - Qiyamadınlı kəndi)
Kəndin əsası XIX əsrin əvvəllərində İranda yaşayış tərzindən narazı qalan iki qardaşın - Səfəralı bəylə, Hümbətalı bəyin bu əraziyə köçüb gəlməsi nəticəsində qoyulmuşdur.
Lakin iki qardaş arasında narazılıq düşdüyündən Səfəralı bəy öz yaxın adamları ilə həmin yerdən köçüb, " Torağay təpəsi" deyilən yerə gəlmiş və həmin ərazidə indiki Aşağı Qiyaməddinli kəndini salmışdır.Hümbətalı bəy isə Yuxarı Qiyaməddinli kəndində qalmışdır.El arasında həmin kəndə Arasbar və Hümbətalı bəyin Qiyaməddinlisi də deyilir. Lakin kəndin nəyə görə Qiyaməddinli adlanması istər elmi ədəbiyyatda , istərsə də əhalisi tərəfindən hələ ki bilinmir.
Qiyaməddinli kəndinin ərazisi 15.3 kv.km olmaqla əhalisi 1671 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Qaradolaq kəndi -
Kəndin yaranması Qaradolaq tayfasının adı ilə bağlıdır. XVIII əsrdə Pənahəli xan kəngərlilərin tərkibində qaradolaqlıların bir qismini Qarabağa köçürmüşdür.Sonradan 1820- ci ildə Qarabağ xanı Mehdiqulu xan da İrəvandan gətirdiyi 18 ailədən ibarət Qaradolaqlıları tarixçi Mirzə Adıgözəl bəyə bağışladı və onlar Qaradolaqda yerləşdirildi.
Qaradolaqlılar əvvəllər yarımköçəri həyat sürmüş, XX əsrin əvvəllərində oturaq həyata keçmişlər.1938- ci ildə Kürün daşması nəticəsində qaradolaqlılar məskunlaşdıqları Kürqırağı sahələrdən indi məskunlaşdıqları əraziyə köçürüldü. Burada onlar Qaradolaq, sonra isə Yeni Qaradolaq kəndlərini yaratdı..
Qaradolaq kəndinin ərazisi 32.7 kv.km olmaqla əhalisi 3084 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Minəxorlu kəndi -
Kəndin yaranması Qarabağ xanlığının adı ilə bağlıdır. Kəndin məskunlaşması XVIII əsrin sonlarına təsadüf edir.XVIII əsrin sonlarında Qarabağ xanlığının at ilxısını saxlamaq üçün bu ərazidə 1000 oxurlu böyük tövlələr tikilmiş və həmin atlara qulluq etmək üçün Qaravəlli tayfasından 31 ailə ora köçürülmüşdür. Beləliklə yeni yaranan ərazi el arasında Minaxorlu ( min axurlu yer ) adlanmışdır.
Minəxorlu kəndinin ərazisi 13.7 kv.km olmaqla əhalisi 2131 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Muğanlı kəndi -
Muğanlı adı türkdilli Azərbaycan tayfası olan Muğanlıların adı ilə bağlıdır.Muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət tayfa Muğan düzündə yaşadığından həmin ərazinin adı Muğanlı adlanmışdır.Kəndin adamları əvvəllər Haramı düzündə Xocavənd rayonunun Muğanlı kəndi ilə qonşu ərazidə yaşamış,XX əsrin əvvəllərində Hacı Əmrah və Nəcəfqulu qardaşlarının köməkliyi ilə indiki əraziyə köçmüşlər.
Muğanlı kəndinin ərazisi 14.7 kv.km olmaqla əhalisi 1622 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Mirzəhaqverdili kəndi -
Yaşayış məntəqəsi görkəmli yazıçı - dramaturq Əbdülrəhim bəy Haqverdiyevin mənsub olduğu nəslin adı ilə bağlı olduğu üçün Mirzəhaqverdili adlanır. Nəslin başçısı isə Mirzə Haqverdi olduğu üçün kənd belə adlanır və XIX əsrin ikinci yarısında salınmışdır.
Mirzəhaqverdili kəndinin ərazisi 6.8 kv.km olmaqla əhalisi 576 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Mehrablı kəndi -
Kənd Qaradolaq tayfasının Mehrablı tirəsinə mənsub olan ailələr tərəfindən salındığına görə belə adlanır.
Mehrablı kəndinin ərazisi 18.4 kv.km olmaqla əhalisi 1570 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi -
XX əsrdə Kür çayı kənarında salınmış kənddir.Yerin coğrafi əlamətinə uyğun olaraq el arasında " Yastı yol" kimi də adlanır.Kənd Qaradolaq tayfasından olan Nəcəfqulubəyli tirəsinin adı ilə bağlıdır və həmin tirənin məxsus olduğu Nəcəfqulubəyin adını daşıyır.
Nəcəfqulubəyli kəndinin ərazisi 6.9 kv.km olmaqla əhalisi 1220 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Pərioğullar kəndi -
Yaşayış məskəni kimi mənbələrdə XVIII əsrin sonu , XIX əsrin əvvəllərində mövcud olduğu göstərilir. Yaşayış məntəqəsi Kəbirlilər tayfasının pərioğullar tirəsinin burada məskunlaşması nəticəsində yaranmışdır.
Pərioğullar kəndinin ərazisi 15.3 kv.km olmaqla əhalisi 1660 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Poladlı kəndi -
Poladlı kəndi XIX əsrin əvvəllərində yaranmışdır. Kəndin ilk adı Polad Məmmədli olmuşdur. Kəndin adı oykonim şahsevənlərindən Poladlı tayfasının başçısı çox qüvvətli olan Polad Məmmədin adı ilə bağlıdır.
Poladlı kəndinin ərazisi 11.2 kv.km olmaqla əhalisi 1406 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Rəncbərlər kəndi -
Kəndin adından göründüyü kimi kəndin ilk sakinləri rəncbərlər, yəni əkinçilər olmuşdur.Kəndin yaranması iki yüz ildən artıq bir dövrü əhatə edir.
Rəncbərlər kəndinin ərazisi 20.2 kv.km olmaqla əhalisi 2466 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Salmanbəyli kəndi -
Bu kənd 1928- ci ildən başlayaraq yaranmışdır.Kəndin keçmiş adı Kəbirli olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman sosial - demokrat " Hümmət " təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927- ci ildə Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.
Salmanbəyli kəndinin ərazisi 12.7 kv.km olmaqla əhalisi 2371 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Sarvanlar kəndi -
Bu kəndin yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. Qədim zamanlarda kəndin olduğu ərazilərdə karvan bələdçiləri sarvanların düşərgə yeri olduğu üçün kənd belə adlanmışdır. Sarvanlar kəndinin adı "dəvə saxlanan, mühafizə olunan " anlamındadır.
Sarvanlar kəndinin ərazisi 3.9 kv.km olmaqla əhalisi 580 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Sarıcalı kəndi -
Bu kəndin yaranması XVIII əsrin ikinci yarısına təsadüf edir. Tarixi kənd olan Sarıcalı adı Bəhmənli tayfasının bir qolu olan sarıcalıların adı ilə bağlıdır.Kəndin adı məşhur Qarabağ xanı Pənahəli xanın babası Sarıca Əlinin adı ilə belə adlanmışdır.
Sarıcalı kəndinin ərazisi 11.2 kv.km olmaqla əhalisi 1734 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Taynaq kəndi -
Taynaq adı tay və naq sözlərinin birləşməsindən yaranmışdır. " Tay " sözü bir çox türkdilli xalqların dillərində yüksəklik, suayrıcı və meşəlik mənalarında, " naq " şəkilçisi isə yerli mənsubiyyət anlamını bildirərək kəndin mənasını əks etdirir.
Taynaq kəndinin ərazisi 7.8 kv.km olmaqla əhalisi 914 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Təzəkənd kəndi -
Kəndin əsası XX əsrin 20 - ci illərində Hüsülü kəndindən köçüb gəlmiş, bir qrup ailələr tərəfindən salınmışdır.Kəndin ərazisi Hüsülü bəylərindən olan Fərrux bəy Vəzirova məxsus olmuşdur.
Təzəkənd kəndinin ərazisi 21.5 kv.km olmaqla əhalisi 2566 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahsevən kəndi-
Şahsevən qvardiyasının adı ilə bağlıdır. XVI əsrdə I Şah Abbas Səfəvi hökmdarlığını qüvvətləndirmək üçün şaha sadiq tayfalardan ( cavanşir, avşar, qacar) 100.000 nəfərdən ibarət xüsusi qvardiya dəstələri düzəldib, Şimali Azərbaycanın müxtəlif əyalətlərinə göndərir. Ona görə də onların məskunlaşdığı ərazi, yurd Şahsevən adlanır.
Şahsevən kəndinin ərazisi 9. 6 kv.km olmaqla əhalisi 413 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahmallar kəndi -
Bu kənd yerli mənbələrdən alınan məlumata görə XX əsrin I yarısında Şahmallar nəslinə mənsub ailələr tərəfindən salınmışdır.Şahmallar Kəbirli tayfasının bir qoludur.Əvvəllər kəndin adı Şahıməlilər olmuşdur. Toponim Şahıməlili şəxs adından və cəmlik bildirən " lar" şəkilçisindən ibarətdir.
Şahmallar kəndinin ərazisi 3.6 kv.km olmaqla əhalisi 300 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi-
Şahsevən Təzəkənd kəndi vaxtilə Muğanlı kəndindən ayrılıb, ayrıca kəndə, yaşayış məskəninə çevrildiyi üçün belə adlanmışdır.
Şahsevən Təzəkənd kəndinin ərazisi 6.4 kv.km olmaqla əhalisi 780 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şotlanlı kəndi-
Yaşayış məntəqəsi kürd mənşəli Şotlanlı tayfasının burada məskunlaşması nəticəsində yaranmışdır.Kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir.
Şotlanlı kəndinin ərazisi 3.4 kv.km olmaqla əhalisi 290 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şərəfxanlı kəndi-
Kəndin ilk sakinləri şahsevənlər nəslinə mənsub olan ailələr olmuşdur. Kəndin yaranması XX əsrin əvvəllərində şərəfxanlı nəslinə mənsub ailələrin köçüb gəlməsi nəticəsində yaranmışdır və " Şərəfxanlı " adlanmışdır.
Şərəfxanlı kəndinin ərazisi 5.6 kv.km olmaqla əhalisi 839 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Şənlik kəndi-
Kəndin sakinləri Muğanlı tayfasına malik olan insanlardır.Kənd sakinləri əvvəllər Kür qırağında beş kiçik kənd halında olmuşlar. Lakin Kür daşqını nəticəsində Qaradolaq kəndində baraklarda məskunlaşmışlar. Nəhayət 1948 - ci ildə yenidən öz yurd - yuvalarına qayıtmışlar və bu ərazi " Şənlik" kəndi adlanmışdır.
Şənlik kəndinin ərazisi 22.6 kv.km olmaqla əhalisi 3138 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi - ( el arasında - Qiyamadınlı kəndi )
Kənd əsası XIX əsrin əvvəllərində İranda yaşayış tərzindən narazı qalan iki qardaşın - Səfəralı bəylə, Hümbətalı bəyin bu əraziyə köçüb gəlməsi nəticəsində qoyulmuşdur.
Lakin iki qardaş arasında narazılıq düşdüyündən Səfəralı bəy öz yaxın adamları ilə həmin yerdən köçüb, " Torağay təpəsi" deyilən yerə gəlmiş və həmin ərazidə indiki Aşağı Qiyaməddinli kəndini salmışdır.Hümbətalı bəy isə Yuxarı Qiyaməddinli kəndində qalmışdır.El arasında həmin kəndə Arasbar və ya Hümbətalı bəyin Qiyaməddinlisi də deyilir. Lakin kəndin nəyə görə Qiyaməddinli adlanması istər elmi ədəbiyyatda , istərsə də əhalisi tərəfindən hələ ki bilinmir.
Yuxarı Qiyaməddinli kəndinin ərazisi 21.9 kv.km olmaqla əhalisi 3254 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi -
Kəndin yaranması Qaradolaq tayfasının adı ilə bağlıdır. XVIII əsrdə Pənahəli xan kəngərlilərin tərkibində qaradolaqlıların bir qismini Qarabağa köçürmüşdür
Qaradolaqlılar əvvəllər yarımköçəri həyat sürmüş, XX əsrin əvvəllərində oturaq həyata keçmişlər.1938- ci ildə Kürün daşması nəticəsində qaradolaqlılar Kürqırağından indiki məskunlaşdıqları əraziyə köçürülmüşdür. Burada onlar Qaradolaq, sonra isə Yeni Qaradolaq kəndlərini yaratmışlar.
Qaradolaq kəndinin ərazisi 22.1 kv.km olmaqla əhalisi 2532 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.