Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilmişdir

28.10.2021

28 oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə  Ağdam rayon Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin ekskursiyası təşkil edildi. Muzeyin ekskursiya rəhbərii  Bilurə Tağıyeva şagirdlərə muzeyin yaranma tarixindən ,tarixi eksponatlardan, 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Şagirdlər qəhrəman  şəhidlərimizə aid şeirlər səsləndirdilər. Muzeydə xatirə şəkilləri çəkdilər və muzeyin rəy kitabına məktəbin direktor müavini Şövqi Qədirov öz rəyin yazdı.