Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunda Kitab sərgisi təşkil edilmişdir

28.10.2021

 Ağcabədi Regional Mədəniyyət İdarəsi 26.10.2021-ci il tarixində Agdam rayon MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusu təbliği ila əlaqədar "Vətənpərvərlik mövzusu bədii ədəbiyyatda" adlı "Kitab həftəsi" təşkil edilmişdir. Məqsədimiz fondumuzda olan vətənpərvərlik mövzusunda yazılmış əsərlərin oxuculara çatdırılması və təbliğ olunmasıdır. "Kitab həftəsi" nin üçüncü günündə Xalq yazıçısı İlyas Əfəndiyevin yaradiciligina müraciət etmişik.

Xalq yazıçısı İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatının Azərbaycan dramaturgiyasının gorkəmli nümayəndəsi, Azarbaycan teatrının korfeylərindən biridir Yazıçının "Xurşidbanu Natavan Seyx Məhəmməd Xiyabani", "Tənha iydə agacı", "Billur sarayda", "Sevgililərin cəhənnəmdə vusalı", "Dəlilər və ağıllılar", "Qarı dağı", "Apardı sellər Saranı", "Qəhrəman ilə Bülbülün nağılı" və s. kimi əsərlərində vətənpərvərlik motivlari qüvvətli verilib. İlyas Əfəndiyevin bədii irsi əsl vətənpəvərlik tərbiyəsi örnəyidir İlyas Əfəndiyevi  Azerbaycan xalqının taleyi ile bağli nəsrində düşündürən

problemlər "Xurşidbanu Natəvan" dramında diqqətçəkicidir. Əsərdə xalqımızın taleyi və birliyi məsələsi bir problem kimi qoyulmuşdur. Əsərin esas fonu Xurşidbanu Nətavanın həyatı təşkil etsə də, müəllif Qarabag xanlığının XIX əsrin birinci yarısındakı suqutunun ağrılarını böyük ürək ağrısı ilə qələmə alıb. Əsərdə dramaturq uzaqgörənliklə Qarabağda yuva salmış mənfur erməni fitnəkarlığını da verməyi unutmayıb, sovet ideologiyasının təqib və təhqir xofu vətənpərvər yazıçını ermənilərin vətənimiz üçün bir təhlükə olduğunun açıq şəkildə verməkdən çəkindirib. Lakin məğrur dramaturq əsərin mənfi surətlər qalareyasına daxil etdiyi Ter- Vahan surətini erməni riyakarlığının, yaltaqlıq və fitnəkarlığının ümumuləşdirilmiş obrazı kimi verib. Dramaturqun əsərdəki vətənsevərlik ruhunu Nətavanın əsərin əvvəlində ifadə etdiyi bir fikirlə başa düşmək olur.  O, baş qəhrəmanın monoloqunda deyir:  "Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa o da yalniz insanın oz vətəninə, öz mənliyinə, öz layaqətinə sahib olmasındadır" Deməli, yazıçıya görə hər bir insan  Vətənini sevməli, onu qorumali, mənlik ve ləyaqətini hər şeydən uca tutmalıdır.

İlyas Əfəndiyevin Azərbaycan xalqının birliyi və taleyi ilə bağlı vətənpəvərlik hissləri təkcə bu əsərində deyil, bütün yaradıcılığında əsas ideya kimi qoyulmuşdur. Müəllifin butün əsərləriri bu mənəvi xəttın daşıyıcısıdır. Hansı növdə yazılmasından asılı olmayaraq onun butun əsərlərində vətənpərvərlik motivləri vardır.

Umumiyyətlə, İlyas Əfendiyev vətənpərvərlik ruhlu əsərləri ilə Azərbaycan nəsrində və dramaturgiyasında ele bir gül çələngi miras qoyub ki, onun ətri, rayihəsi Azerbaycan ədəbiyyatının varlığı boyunca oxucularının qəlbini və ruhunu oxşayacaq.