Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunda Kitab sərgisi təşkil edilmişdir

29.10.2021

Ağcabədi Regional Mədəniyyət İdarəsi 29.10.2021-ci il tarixində Agdam rayon MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunun təbliği ilə əlaqədar "Vətənpərvərlik mövzusu bədi ədəbiyyatda" adlı kitab həftəsi təşkil edilmişdir. Məqsədimiz fondumuzda olan vətənpərvərlik mövzusunda yazılmış əsərlərin oxuculara çatdırılması və təbliğ olunmasıdır. Kitab həftəsinin dördüncü günündə Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığına müraciət etmişik.

 İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan Xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu

keçmişdir. Daha çox tarixi roman ustası Əzizə Cəfərzadənin ədəbi-bədii irsi ozünün zənginliyi, əhatəliliyi və çoxcəhətliliyi ilə diqqəti çəkməkdir. Əzizə Cəfərzadənin yaradıcılıq yolunu uç mərhələyə bölmək olar. 1937-1970-ci illəri əhatə edən birinci mərhələ  ilk yaradıcılıq axtarışları kimi dəyərləndirilə bilər. Yazıçı bu dövrdə tarixi və müasir mövzularda hekayə yaradıcılığı ilə məşğul olmuş eyni zamanda gələcək tarixi romanlarının ilkin zəminini təşkil edən elmi-publisistik fəaliyyətini davam etdirmişdir. 1970-1990-cllarla hüdudlanan ikinci mərhələdə isə yazıçı ədəbi və siyasi səxsiyyətlərin həyatından bəhs edən bir Sıra mühüm tarixi romanlarını yaratmış bir nasır kimi özünü tam təsdiq etmişdir. Nəhayət, 1991-2003-cu illəri əhatə edən sonuncu mərhələdə yaradıcılığı mahiyyətcə yeni məzmun kəsb etmiş yazıçı diqqəti Azərbaycan siyasi tarixinin problemlərinə yönəldə bilmiş həmçinin milli mənəviyyatımızın ağrılı məsələlərini işıqlandırmışdır.

Əzizə Cəfərzadənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O, butun ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış nəticədə xalqımızın uzaq və yaxın tarixinin bir çox səhifələrini bədiiləşdirən əsərlər ortaya çıxarmışdir. Muəllifin "Aləmdə səsim var manim", "Vətənə qayıt "Yad et məni", "Bakı-1501", "Cəlaliyyə", "Ağlar-güləyən Sabir" kimi roman va povestləri bu baxımdan gözəl sənət nümunələridir.

Yazıçının yaradıcılıq axtarışlarının mühum uğurlarından sayılan Şirvan trilogiyasında Azərbaycanın tarixi yaddaşında əhəmiyyətli yer tutan Şirvanın yetirdiyi ədəbi şəxsiyyətlərin bədii surətləri yaradılmışdır. Trilogiyanın ilk əsəri olan "Vətənə qayıt" romanının süjetində Vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı butun roman boyu bu sujet xətlərinin paralel bəzən sə qovuşuq təsvirini verə bilmişdir. Əsərdə yalnız Nicat Şirvanının deyil, taleyini vətənlə bağlamış olan bir sıra qəhrəmanların obrazları da bədii əksini tapmışdır.

"Vətənə qayıt" romanının sujeti kədərli motivlərlə müşayiət olunsa da, əsərin finalı nikbin səciyyə daşıyır. Əsərdə həyatı, varlığı, yaradıcılığı ilə doğma elinə obasına bağlı olan şair Nicat Şirvaninin sürgün edildiyi Salyandan doğulduğu yurda- Şamaxıya dönüşü ibrətamiz məna və məzmun daşıyır "Aləmdə səsim var mənim" romanı yalnız yazıçının yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yerlərdən birini tutur "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvanının obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş butövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şama muhitini ictimai siyası və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda izləmişdir.

Şirvan trilogiyasının sonuncu romanı olanı "Yad et məni" əsərində XX yüz ilin əvvəllərində cərəyan edən hadisələrdən danışılır Romanda üç dostun Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağəli Nasehin portreti yaradılmışdır. Belə ki, Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi axlaqı keyfiyyətlər inandırıcı bədii detalla əsk olunmuşdur.

İnanırıq ki, müəllifin yalnız oz dövrünə deyil, gələcəyə ünvanlanmış əsərləri geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır.