Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Tarix-Diyarşünaslıq Muzeyində məktəbli şagirdlərə”Zəfər yolu”adlı açıq dərs təşkil edilmişdir

29.10.2021

29 oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə  Ağdam rayon Rzalar kənd tam orta məktəbinin tarix fənni üzrə müəllim Nicat Məmmədovun rəhbərliyi ilə şagirdlərinin ekskursiyası təşkil edildi. Əvvəlcə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi sonra muzeyin direktoru Ülvi Qədirov şagirdlərə muzeyin yaranma tarixindən ,tarixi eksponatlardan, 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Məktəbin tarix fənn müəllimi Nicat Məmmədov tərəfindən muzeydə şagirdlərə "Zəfər yolu" adlı açıq dərs keçirildi. Muzeydə xatirə şəkilləri çəkdilər və muzeyin rəy kitabına məktəbin  müəllimi Nicat Məmmədov öz rəyin yazdı.