Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib

28.10.2021

28 oktyabr 2021-ci il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinə  Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə ekskursiyası təşkil edildi. Muzeyin ekskursiya rəhbəri Səlminaz Rəhimova şagirdlərə muzeyin yaranma tarixindən ,tarixi eksponatlardan, muzəyin ən qədim eksponatı olan  Neolit dövrünə aid tapıntılardan və 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Şagirdlər muzeydə xatirə şəkilləri çəkdilər və muzeyin rəy kitabına öz rəylərin yazdılar.