Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunda Kitab sərgisi təşkil edilmişdir

30.10.2021

Ağcabədi Regional Mədəniyyət İdarəsi

30.10.2021-ci il tarixində Ağdam rayon MKS-inin Mərkəzi kitabxanasında Vətənpərvərlik mövzusunun təbliği ilə əlaqədar "Vətənpərvərlik mövzusu bədi ədəbiyyatda" adlı Kitab həftəsi təşkil edilmişdir. Məqsədimiz fondumuzda olan vətənpərvərlik mövzusunda yazılmış əsərlərin oxuculara çatdırılması və təbliğ olunmasıdır. Kitab həftəsinin sonuncu günündə tanınmış yazıçı publisist Mustafa Çəmənlinin yaradıcılığına müraciət etmişik. Yazıçı Mustafa Çəmənli "Xallı gürzə", "Səs gərib olmur",  "Ruhların üsyanı", "Ölüm mələyi", "Burdan bir atlı keçdi", "Fred Asif" və s. dəyərli bədii əsərlərin müəllifidir.

Yazıçı Mustafa Çəmənlinin vətənpərvərlik mövzusunda olan əsərlərindən biri də Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun şərəfli hayat va doyüş yoluna həsr etdiyi "Fred Asif" adlı sənədli romanıdır. Kitabın özəlliyi odur ki, əsərdə baş verən butün hadisələri yazıçı real faktlara söykənərək qələmə almişdir. Bu kitab oxuyanlar Azərbaycanın Milli Qəhrəmani Fred Asif ilə yanaşı onunla döyuş yolu keçmiş, şəhid olmuş, qazı olmuş bir neçə qəhrəmanlarımızı da tanıyacaqlar.

Əsərdə insanı duygulandıran hadisələrdən biri də, odur ki 1992-ci ilin dekabr ayı idi. Diktor son xəbərləri oxuyurdu: Torpaqlarimizin düşməndən  azad olunmasında, ordu quruculuğunda göstərdiyi şəxsi şucaətə görə  N saylı batalyonunun komandiri Asif Yusif oğlu Məhərrəmova Respublika Prezidentinin 07 dekabr 1992-ci il tarixli 350 N-li fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsin.

Dostları onu yüksək fəxri ad alması münasibətilə təbrik edəndə o - Bu şərəfli ada məndan çox əsgərlərim layiqdi demişdir. Təbii ki, Asif bu şərəfli adı daxili bir qürur hissi ilə qarşıladı. Lakin o, layiq olduğu adla heç vaxt öyünmədi Asif şohrətdən çox uzaq idi. Onun həyatda bircə amalı var idi: Vətəni erməni faşizmindən tam azad olsun. Laçınsız, Şuşasız yaşamaği yaşamaq saymırdı Asif.               O, Vətənin daşına, torpağına, gülünə, çiçəyinə sonsuz övlad sevgisi bəsləyirdi.

Yazıçı əsərdə Fred Asifin həqiqətəndə faktiki bir sərkərdə olduğunu qələmə alaraq əsl komandir obrazını yaratmışdır.

Kitabda qəhrəmanın gənclik illərindən omrünün sonuna kimi təsvir edən onun qəhrəmanlıqlarla dolu ömür kitabını səhifələyən yazıçı, sənədli romanında Asif ömrünu səriştəlı bir nasır kimi bacarıqla yerləşdirə bilib.

Əsərdə insanı təsirləndirən, qəlbini sızladıb göynədən məqamlardan bir də Asifin ölüm ayağında qardaşı Bəhlula - "Bəhlul, Qarabağı alanda məni də yad edin. Yamaclarinda su tapmayanda qarını çiynədiyim o qəlbi dağlara qalxanda məni də xatırlayın" demişdir!

Istedadlı yazıçı Mustafa Çəmənlinin böyük məhəbbətlə, ürəyinin qanı ilə yazdığı bu son dərəcə əhəmiyyətli kitab. bütün Azərbaycanın Fred Asif kimi tanıdığı Milli Qəhrəmanımız Asif Məhərrəmova muəllifin ucaltdığı ən gözəl ədəbi və əbədi abidədir.