Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzi tərəfindən ekskursiya təşkil edilmişdir

30.10.2021

30 oktyabr 2021–ci il tarixdə  Ağdam rayon Paşabəyli kənd tam orta məktəbinin müəllim və şagirdləri Ağdam rayon Heydər Əliyev Mərkəzində olmuşlar. Ağdam rayon Heydər Əliyev Mərkəzinin  bələdçisi Yunis İbrahimov, ekskursiyaya gələn müəllim və şagirdləri Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə tanış etmiş, onlara Ulu Öndərin sovet və müstəqillik dövrlərində bölgələrimizə səfərləri, zəhmətkeşlərlə görüşməsi və   apardığı sosial-iqtisadi siyasət haqqında məlumat vermişdir.