Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində ”TARİXİN SƏHİFƏLƏRİ” adlı tədbir keçirilmişdir

29.10.2021

29 oktyabr 2021- ci il tarixində Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin və Əliağalı kənd Mədəniyyət evinin birgə  təşkilatçılığı ilə "TARİXİN SƏHİFƏLƏRİ" adlı tədbir keçirilmişdir.Tədbir Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuşdur.Tədbiri giriş sözü ilə Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev açmış,ilk olaraq, şəhidlərimizin xatirəsini  bir dəqiqəlik sükutla yad etməyi təklif etmişdir.Fikrət müəllim 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Respublikasının Azərbaycan dövlətinə köməyindən danışmış, Azərbaycana dəstəyi ilə Qafqazda siyasi və iqtisadi maraqları olan güclü dövlətləri Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur etməsindən söz açmışdır.Əliağalı kənd Mədəniyyət evinin təşkilatçısı Aynurə Cəfərova öz çıxışında bu qardaşlığın tarixi köklərini açıqlamışdır.Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə xanım, Üçoğlan kənd Mədəniyyət evinin direktoru Sevda xanım, Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm müəllim , Əlimədətli kənd klubunun təşkilatcısı Saleh müəllim , Yusifcanlı kənd mədəniyyət evinin müdiri Alim müəllim  Türk dünyasının qüdrətli dövləti olan qardaş Türkiyənin müharibədə zəfər qazanmağımızda rolundan danışdılar.Qeyd etdilər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirakı və çıxışı,Şüşa şəhərində Xarı Bülbül festivalında iştirakı, Füzuli beynəlxalq aeroportunun açılışında, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirakı dünyaya bir mesajdır: Türkiyə həmişə canı bir,qanı bir,dili bir qardaşlarının yanındadır! Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov Türkiyə-Azərbaycan dostuğunun informasiya müharibəsində də xalqımıza,dövlətimizə necə böyük kömək olduğunu xüsusi vurğuladı.Bununla da tədbir sona yetdi.