Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamın Qiyaslı Uşaq Musiqi Məktəbinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişdilər

20.10.2021

20 oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonun Qiyaslı Uşaq Musiqi Məktəbinin əməkdaşları Vətən müharibəsində  Ölkəmizin ərazisinin bütövlüyü uğrunda  şəhidlik zirvəsinə yüksələn  Zeynalov Ramin  Yasən  oğlunun  şəhadətə qovuşmasının birinci il dönümü ilə əlaqədar Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etmişdir.  Şəhidin məzarı önünə  əklil və gül dəstələri qoyularaq bir dəqiqəlik sükutla  yad edilmişdir. Ramin Vətən uğrunda döyüşlərdə vətənpərvər kimi seçilməyi bacardı. Hər kəs onu yaxşı insan, savadlı tələbə, eyni zamanda, vətənpərvər gənc olaraq tanıyırdı.Ramin ölümündən sonra Kəlbəcərin azad edilməsi, Vətən uğrunda və  Döyüşdə fərqləndiyinə görə medalları ilə təltif edilmişdir 44 günlük Vətən müharibəsinin  şəhidi qısa, lakin şərəfli həyatından bəhs etdiyim Zeynalov Ramin  Yasən  oğlu daim qəlblərimizdə yaşayacaq.