Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün növbəti ekskursiya təşkil edilib

30.10.2021

  30 Oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyində Laçın rayon 33 nömrəli tam orta məktəbin müəllimləri Kəmalə İsmayılova və Şəfəq Kərimovanın rəhbərliyi ilə şagirdlər ekskursiyada iştirak ediblər.

  Ümummilli lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Muzeyin direktoru Nuruyeva Türkanə Atəş qızı qonaqları salamlayıb, muzeyin tarixi və hazırki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

  Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi məqsədilə hazırlanmış tədbirlər planına uyğun keçirilən ekskursiyalarda məktəblilərə Zəfər tariximizlə bağlı  məlumatlar verilib, eyni zamanda məktəb kollektivlərinə döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin həyatı və şərəfli döyüş yolundan bəhs olunub. Sonra şagirdlər xüsusi guşədə nümayiş etdirilən şəhidlərlə bağlı fotolar, sənədlər və digər eksponatlarla tanış olublar.   Sonda xatirə şəkli çəkilmişdir.