Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib

01.11.2021

01 noyabr 2021-ci il tarixdə,  Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbinin 8b sinfinin şagirdlərinin  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə  ekskursiyası təşkil edildi. Əvvəlcə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra muzeyin direktoru Ülvi Qədirov şagirdlərə muzeyin yaranma tarixindən, tarixi eksponatlardan, 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Məktəbin müəllimlərinin iştirakı ilə, şagirdlərə zəfər tariximiz haqqında ətraflı məlumat verildi.  Sonda xatirə şəkilləri çəkildi və məktəbin təşkilatçısı Təranə Mirzəyeva muzeyin rəy kitabına xoş təəssüratlarını  qeyd etdi.