20.02.2018
20 fevral 2018-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxanasıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə şəhər və kənd orta məktəblərindən 13 məktəbli iştirak etmişdir. Münsüflər heyətinin ortaq rəyi nəticəsində Salmanbəyli tam orta məktəbibn 9-cu sinif şagirdi Hümbətova Aytac Natiq qızı müsabiqənin qalibi olmuşdur.