Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Agdam Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinə ekskursiya təşkil edildi

03.11.2021

03 noyabr 2021ci il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinə ekskursiya təşkil edildi.  Ağdam rayon  91 saylı tam orta məktəbin 10 cu sinif  şagirdlərinə Muzeyin direktoru Sahib Məmmədov Rahib Məmmədovun dinc dövrdə etdiyi qəhrəmanlığından,muzeyin yaranma tarixindən,qəhrəmana aid olan eksponatlar haqqında geniş məlumat verdi. Muzeydə yaradılan Ulu öndər Heydər Əliyevin, 20 yanvar faciəsi ,Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş 51 nəfər Ağdamlının  O cümlədən l Qarabağ müharibəsi zamanı Ağdamın  müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımıza

aid olan eksponatlar barədə geniş məlumat vermişdir. 44 gün Vətən Müharibəsi zamanı ərazilərimizə atılan qadağan olunmuş hərbi sursatların muzey tərəfindən Anama təşkilatının köməkliyi ilə muzeydə toplanmasından, düşmənlərimizin xalqımıza qarşı məkrli siyasətindən geniş məlumat verildi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruq ətrafında, xalqımızın, dövlətimizin, ordumuzun sıx birləşərək Şanlı Zəfər qələbəmizə nail olmağımızdan,bu yolda qəhrəmanlıqla şəhid olan şəhidlərimizin qəhrəmanlığından,qazilərimizin,əsgər və zabitlərimizin şücaətindən məlumat verildi .Ağdam rayon  91 saylı tam orta məktəbin direktoru Rüstəmli Nemət ,məktəbin tarix müəllimi Nicat Məmmədov muzeyin kollektivinə minnətdarlıqlarını bildirdilər və qeyd etdilərki, məktəblilərin hər zaman muzeyə gəlişi onlarda vətənpərvərlik ruhunda bir tərbiyə mövzusu və qürur hissidir. Muzeyin rəy kitabına öz təəssüratlarını qeyd etdilər. Sonra xatirə şəkilləri çəkildi.