Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları orta məktəbdə mühazirə təşkil edib

02.11.2021

2021-ci ilin 27 sentyabr -8 noyabr tarixlərində Vətən müharibəsinin birinci il dönümünün qeyd olunması ilə bağlı Tədbirlər planın icrası məqsədilə Ağcabədi Rayon Tarix-Diyarşunaslıq Muzeyində silsilə tədbirləri davam edir. 2 noyabr  2021-ci il tarixdə Ağcabədi Rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları elmi işçi Raya Hacıyeva və Ayşən İbrahimova, növbəti dəfə Ağcabədi şəhər Camal İbrahimov  adına şəhər 8 saylı tam orta məktəbin VI-VIII siniflərində olaraq işğaldan azad olunmuş Şuşa,Laçın,Ağdam,Kəlbəcər şəhərləri haqqında məlumat verərək məruzə ətrafında çıxış ediblər. Məruzə ətrafında çıxışda müzeyin əməkdaşları şagirdlərə işğaldan azad olunmuş bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı ,tanınmış şəxsiyyətləri, milli qəhrəmanları, şəhərlərin işğalı və azad olunması və.s.barədə ətraflı məlumat veriblər. Sonra şagirdlər arasında məruzə ətrafında sual və cavabları dinlənilib.