Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşunaslıq Muzeyinə ekskursiya təşkil edilib

02.11.2021

Ağcabədi şəhər ümumtəhsil məktəblilərinin müəllim və şagirdlərinin iştirakı ilə,davamlı olaraq Rayon Tarix-Diyarşunaslıq Muzeyinə ekskursiyaları təşkil edilib. 01və 02 noyabr 2021- ci il tarixlərində  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində Ağcabədi rayon 2 nömrəli tam orta məktəbin müəllimləri Kəmalə Əliyeva və Kəmalə Məmmədovanın, C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin müəllimləri Nüşabə İbrahimova və Pəri Zeyniyevanın  rəhbərliyi ilə şagirdlərin iştirakı ilə ekskursiya təşkil edilib.Muzeyin bələdçisi Səlminaz Rəhimova muzeyin yaranma tarixi , bölmələrdə ayrı-ayrılıqda nümayiş etdirilən,əsasən rayon ərazisində tapılmış sənətkarlıq nümunələri,döyüş ləvazimatlarının qalıqları , milli adət-ənənələrinin əks etdirən ekspozisiyalar qədim keçmişimiz,mədəniyyətimiz  haqqında, eləcədə Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi məqsədilə hazırlanmış tədbirlər planına uyğun keçirilən ekskursiyalarda məktəblilərə Zəfər tariximizlə bağlı məlumatlar verilib, eyni zamanda məktəb kollektivlərinə döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin həyatı və şərəfli döyüş yolundan bəhs olunub. Onlar muzeyədə yaradılmış 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağcabədi şəhidlərinin xatirə guşəsi ilə tanış oldular. Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan xatirə guşəsi, vətənpərvərliyin gənc nəslə, gələcək nəsillərə aşılanmasında böyük əhəmiyyət kəsb edəcək. Yeni yaradılmış sərgi salonunda ,müharibə dövründə rayon ərazisinə düşmən təxribatı nəticəsində atılmış, dünyada qadağan olunmuş “Smerç” tipli raket sisteminin zərərsizləşdirilmiş qalıqları, həmçinin 120 mm top, minaatan, BM -21 Qrad və digər silah mərmilərinin qalıqları nümaiş etdirilir. Cəmi şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Onların ruhları qarşısında baş əyirik!