Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

03.11.2021

03 Noyabr 2021-ci il tarixdə Ağdam rayon 18 saylı köçkün tam orta məktəbinin müəllim və şagirdləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov, qonaqları  Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə tanış etmiş, onlara Ulu Öndərin SSRİ KP.MK. Siyasi Bürosunun yeganə türk-müsəlman üzvü olması haqda məlumat vermişdir.  Daha sonra qonaqlar işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimizlə tanış edilmiş, onlara  mənfur qonşumuz ermənilərin barbarlıqları nəticəsində dağıdılmış, ya da dəyişdirilərək-erməniləşdirilməyə çalışılmış  abidələr haqqında ətraflı məlumat verilmişdir.