Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

03.11.2021

03 Noyabr 2021-ci il tarixdə Ağdam rayon Hafiz Kamal oğlu Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri,  “8 Noyabr Zəfər Günü” münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən, qonaqlara  işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimiz haqqında məlumat verilmiş, onlara  mənfur qonşumuz ermənilərin barbarlıqları nəticəsində dağıdılmış, ya da dəyişdirilərək-erməniləşdirilməyə çalışılmış  abidələrdən danışılmışdır. Bildirilmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  həmin abidələrin bərpasına başlanılması əmri verilmiş və artıq Molla Pənah Vaqifin Şuşada yerləşən məqbərəsi təmir olunmuşdur.