Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Heydər Əliyev Mərkəzində müharibə iştirakçıları ilə görüş keçirildi

03.11.2021

03 noyabr 2021 – ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Həmkarlar İttifaqı Ağcabədi rayon Komitəsinin birgə təşkilatçılığı ilə bir qrup müharibə iştirakçıları ilə görüş keçirildi

Tədbir Vətən Müharibəsində canını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı

Tədbirdə çıxış edənlər - İcra Hakimiyyəti Başçısı Aparatının Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Həmkarlar İttifaqı Ağcabədi rayon Komitəsinin sədri Mehdi Əhmədov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin Şöhrət Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Həmkarlar İttifaqının Respublika Komitəsinin məsul işçisi Valeh Nağıyev 44 günlük Haqq Savaşında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tək bir əmri ilə Ermənistan ordusunu darmadağın edən Müzəffər Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarından, cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə düşmən tapdağında olan şəhər və kəndlərimizə Azərbaycan bayrağını dalğalandırmasından ətraflı danışdılar.Tədbirin gedişatında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən bir qrup Vətən Müharibəsi iştirakçılarına hədiyyələr təqdim edildi.Tədbirə maraq gətirən faktorlardan biri də Vətən Müharibəsinin 44 gün davam etməsi ilə bağlı 44 sayda kitab və rəsm nümunələrinin sərgisinin nümayiş etdirilməsi idi.Qeyd edək ki, Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.