Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilmişdir

05.11.2021

05 noyabr 2021 –ci il tarixdə Ağcabədi rayonu 12 nömrəli tam orta məktəbin  5-ci sinif şagirdləri Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Şagirdlərə muzeyin bələdçisi Səlminaz Rəhimova tərəfindən  qorunan və ekspozisiyada nümayiş etdirilən eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verilib. Onlar 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan xatirə guşəsi tanış olublar.Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında zəngin eksponatların nümayiş olunduğu Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.Sonda şagirdlərlə xatirə şəkili çəkilib.