Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamının Yusifcanlı kənd mədəniyyət evi ”Zəfər günü ” münasibətilə tədbir keçirdib

05.11.2021

05 noyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yusifcanlı kənd Mədəniyyət evinin və MKS-nin 43 saylı Baş Qərvənd kitabxanasının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanlımış Zəfərlə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirdə Ağdam rayon  Qasımbəyli qəsəbəsi köçkün tam orta məktəbininin X-XI- ci sinif şagirdləri iştirak etmişdir. Məqsəd Azərbaycanın gələcəyi uşaqlarda Vətənpərvərlik hisslərini formalaşdırmaqdır.Tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək Şəhidlərimizin məzarına tər qərənfillər düzdülər. ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Yusifcanlı Mədəniyyət evinin müdiri Alim Cəfərov çıxış edərək milli qürurumuzun təntənəsinə çevrilən, Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə haqqında ətraflı danışdı. Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək gənclərdə vətənpərvərlik hisslərinin formalaşması, vətənə məhəbbət, Doğma yurda sədaqət göstərmək və eyni zamanda vətənin keçmişi və indiki tarixi haqqında hərtəfəli biliklərə yiyələnmələrinin vacibliyini Alim Cəfərov öz çıxışında vurğuladı.Sonra 43 saylı Başqərvənd kitabxanasının müdiri Fərrux Rüstəmov çıxış edərək Vətənimizin  tarixən bu torpaqlar uğrunda canlarından keçən şəhidlərin bizə əmanəti olduğunu və hər bir Azərbaycan vətəndaşının da vətəni  göz bəbəyi  kimi qorumağa borclu olduğunu vurğuladı.