Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“XİLAS EDİLMİŞ YADİGARLAR” II - onlayn regional seminar keçirilib

05.11.2021

05 noyabr saat 14:00 –da Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “XİLAS EDİLMİŞ YADİGARLAR” II - işğaldan azad olunmuş ərazilərdəki muzeylərin bərpa olunmuş eksponatlarına həsr olunmuş onlayn regional seminar keçirilib.    Zoom proqramı vasitəsilə keçirilən onlayn seminarda Ü.Hacıbəylinin Şuşadakı ev Muzeyi, Füzuli Tarix – Diyarşünaslıq Muzeyi, Masallı Tarix – Diyarşünaslıq Muzeyi, Laçın Tarix - Diyarşünaslıq Muzeyi, Qusar Tarix – Diyarşünaslıq Muzeyinin rəhbərləri, həmçinin Mərkəzin əməkdaşları iştirak ediblər.Seminar işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad etməklə başladı. Vətən müharibəsi zamanı sağlamlığını itirmiş qazilərimiz, dəyanətli ordumuz haqqında fəxrlə danışıldı. Daha sonra iştirakçılara söz verildi və onlar çıxışlarında eksponatların tarixi öyrənmək və yaşatmaq kimi önəmindən söz açaraq bu şərəfli yolda “muzey fədailərinin” və “sehirli toxunuşlu” bərpaçıların əməyinin əvəzsiz olduğunu vurğuladılar.Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru çıxış edərək muzeyin fondunda olan bərpaya ehtiyacı olan eksponatlardan və mərkəzlə əməkdaşlığın davamlı və sıx olacağından söhbət açdı.