Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında”Zəfər Günün mübarək, Azərbaycan!” mövzusunda tədbir keçirdi

06.11.2021

06.11.2021-ci il tarixində  Ağcabədi Regional Mədəniyyət  İdarəsi Ağdam rayon MKS-inin Mərkəzi kitabxanasında 8 noyabr Zəfər günü ilə əlaqədar "Zəfər günün mübarək, Azərbaycan!" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitatxana Sisteminin direktoru Sevda Hüseynova açdı. Hörmətli qazilərimiz, hörmətli tədbir iştirakçıları hamınızı bu möhtəşəm gün münasibətilə təbrik edirəm. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları torpaqlarmızın azadlığı və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. S.Hüseynova çıxışına davam edərək bildirdi ki, Azərbaycan ordusunun 2020-ci ilin sentyabrın ayının 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düsmənin məğlubiyyəti ilə nəticələndi. Azarbaycan Ordusu bu döyüşlərdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarmız yağılardan təmizləndi. Müzəffər ordumuz düsmənin torpaqlanmızdan qovulmasında müstəsna xidmətlər göstərdi, məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Ali Baş  Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azarbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunu mağlub edilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə darmadağın edərək bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirirdi. Ona görədə bu günlərdə Azərbaycan xalqı bütün dünya Azərbaycanlıları möhtəşəm Qələbəmizi boyük qürur hissi və ruh yüksəkliyi ilə qeyd edir. Çıxış üçün söz Mərkəzi kitabxananın Uşaq söbəsinin Oxu zalının müdiri Lalə İslamovaya verildi. Sentyabrin 27-dən başlayan 44 gun davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-Müzəffər      Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü mətinliyini mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı, hansı səviyyədə uğurlu sərkərdəyə Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! 44 gün ərzində 300-ə yaxın kəndi 5 şəhər və 4 qəsəbəni, çox saylı strateji yüksəklikləri işgalçılardan təmizlədi, qəsbkarın texnikasına canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan ordusu Daglıq Qarabağın incisi olan Şuşa şəhərini onun ardınca bir gündə 70-dən artıq kəndi 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə Ermanistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin-Azərbaycanın var olduğunu sübut etdiki. Bir sözlə, "Qarabağ Azarbaycandır və nida işarəsi" söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı bələ heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Sonra soz Il Qarabağ muharibası qaziləri Orucov Əlisahib Əzim oğlu, Abbasov Həsən Daşqın oğlu və İsmayılov…