Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində ZƏFƏR GÜNÜNƏ həsr olunmuş ”VƏTƏN NƏDİR?”mövzusunda tədbir keçirilmişdir

06.11.2021

6 noyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 NOYABR-ZƏFƏR GÜNÜNƏ həsr olunmuş "VƏTƏN NƏDİR?"mövzusunda  tədbir keçirilmişdir.Tədbirdə Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev, Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov, "Ağdam TV"-nin rəhbəri Ramin  Bəhmən, Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə xanım, Üçoğlan kənd Mədəniyyət evinin direktoru Sevda xanım, Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm müəllim,Əlağalı kənd Mədəniyyət evinin əməkdaşları, Şıxbabalı kənd Mədəniyyət evinin Mədəni təşkilatcısı  Aynurə Əlizadə, H.Əliyev Mərkəzinin əməkdaşları iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Tədbirin mövzusu barədə açıqlama verən Fikrət müəllim Vətəni Vətən edən,sinələrini Vətən torpağına dəyəcək zərbəyə sipər edib mərdanə şəhadətləri ilə əbədiyyətə qovuşmuş övladlarımızdan danışdı.Vətəni qorumaq naminə öz səngərində mətin dayanan oğullar Vətən daşına döndülər. Biz haradasa əfsanə, nağıl kimi hadisələrdən deyil, həyatımızdan qırmızı xətlə keçən şahidi olduğumuz, içində yaşadığımız vətənpərvərlik dərsindən danışırıq.Tədbirdə çıxış edən "Ağdam TV"-nin rəhbəri  Ramin Bəhmən ANA TORPAQ, VƏTƏN anlayışlarının soydaşlarımız üçün necə müqəddəs məna daşımasından söz açdı. Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm müəllim, Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə xanım, Əliağalı kənd Mədəniyyət evinin təşkilatcisi Aynurə xanım, metodisti Reyhan xanım,Üçoğlan kənd Mədəniyyət evinin direktoru Sevda xanım,  Şıxbabalı kənd Mədəniyyət evinin Mədəni təşkilatçısı Aynurə xanım,Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin müəllim AZƏRBAYCAN adlı müqəddəs məmləkətin "imzalar içində imzasının" olduğunu bəyan etmək üçün, bütöv Vətəni qorumaq üçün hər birimizi qürurlandıran, sərhəd sipəri,yurd qoruyucusu igid oğullarımızdan danışdılar.Tədbir iştirakçıları bir yekdil fikirdə idilər: Vətən-üstündə yaşadığımız adi torpaq deyil, minlərlə şəhidlərimizin qanı ilə yoğrulmuş müqəddəs bir varlıqdır.Şəhidlərimizin ölümsüz ruhları qarşısında baş əyirik!