Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamda Zəfər Günü münasibətilə tədbir keçirilmişdir

06.11.2021

06 Noyabr 2021-ci il tarixdə, Ağdamda Zəfər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Rəisi Qalib Həsənov, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, YAP Ağdam  rayon təşkilatı,  rayon Təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları və şagirdləri, mədəniyyət işçiləri və Ağdam Musiqi kollecinin nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi  şəhidlərinin məzarları ziyarət olunmuş, önlərinə tər güllər düzülərək, onların xatirəsi ehtiramla yad edilmişdir.

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himnimiz səsləndirilmişdir.

Tədbirdə rayon icra Hakimiyyətinin başçısı Vaqif  Həsənov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Milli Ordumuzun şücaəti nəticəsində,  torpaqlarımız düşməndən azad edildi.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov tərəfindən, Vətən müharibəsində arxa cəbhədə qulluq etmiş şəxslərə,  təntənəli şəkildə Fəxri  fərmanlar təqdim edilmişdir.