Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilmişir

05.11.2021

5 noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə  Ağdam rayon T. Məhərrəmov adına Hacıturalı  kənd tam orta məktəbinin şagirdlərinin ekskursiyası təşkil edildi. Əvvəlcə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi sonra muzeyin direktoru Ülvi Qədirov şagirdlərə muzeyin yaranma tarixindən ,tarixi eksponatlardan, 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah sursatlar haqqında geniş məlumat verdi. Məktəbi müəllimlərinin iştirakı ilə şagirdlərə Zəfər tariximizdən ətraflı məlumat verildi. Muzeydə xatirə şəkilləri çəkdilər və muzeyin rəy kitabına məktəbin  direktoru Pərviz Aslanov öz rəyin yazdı.