Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Mədəniyyət Mərkəzində ZƏFƏR GÜNÜNƏ həsr olunmuş tədbir keçirildi

07.11.2021

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən müharibədə işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi

."Qarabağ Azərbaycandır!" reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Qarabağın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.

Bu qələbə münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-inin 29 saylı II Quzanlı kənd kitabxanasının və Yusifcanlı kənd mədəniyyət evinin əməkdaşlarının birgə təşkilatçılığı ilə tədbir təşkil etdilər.Tədbirdə Ağdam rayon İqtisad Kollecinin tələbələri, Hafiz Əskərov adına Quzanlı tam orta məktəbinin və Qasımbəyli qəsəbə köçkün tam orta məktəbinin şagirdləri Ağdam şəhidlərini canlandıraraq ruhların şad etdilər.Onlar xalq şairi Məmməd Arazın,Abdulla Cəfərin və Adilə Nəzərin şeirlərin səsləndirdilər