Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü münasibətilə Ağcabədidə ümumrayon tədbiri keçirilib

08.11.2021

8 Noyabr 2021-ci il tarixində Ağcabədi rayonunda Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri təşkil edilib.Heydər Əliyev Meydanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, Ağcabədi Regional Mədəniyyət İdarəsinin,hüquq-mühafizə orqanlarının,İdarə,müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu,önünə tər çiçəklər düzüldü.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirdi ki, Vətən Müharibəsinin böyük qələbə ilə sona çatması tariximizın ən parlaq səhifəsidir. Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi cəmi 44 gün ərzində  Ordumuzun zəfəri ilə başa çatdı . Bu qələbənin kökündə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, dövlət-ordu-xalq birliyi dayanırdı.
 Sonra Azərbaycan Silahlı Qüvvələrinin General-mayoru,Vətən Müharibəsi qəhrəmanı,Zəfər paradının iştirakçısı, həmyerlimiz Zaur Məmmədovun ünvanladığı  təbrik videoçarxı izlənildi. 
Digər çıxış və təbriklərdən sonra ,  tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi  məktəbinin kollektivinin təqdimatında konsert proqramı ilə davam etdirildi.  
Tədbir başa çatdıqdan sonra Heydər Əliyev Meydanından Ağcabədi Qəhrəmanlar Parkına yürüş təşkil edildi. Parkda yürüşdə aparılan,  Ağcabədidən olan  42 şəhidin portretlərindən ibarət sərgi təşkil edildi və portretlərin önünə tər çiçəklər düzüldü.Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirildi və  44 ədəd ağac əkildi. 
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayonun Şənlik kəndində yeni inşa edilən, 40 yerlik körpələr evi-uşaq başçasının açılış mərasimi keçirildi.