Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Muğam Mərkəzində ”Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir

11.11.2021

11 Noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Cabbar Qaryağdıoğlu adına Ağdam şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə, Ağdam Muğam Mərkəzində  Zəfər günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Rəisi Qalib Həsənov, Mədəniyyət İdarəsinin, Vətən müharibəsi qaziləri və  Rayon ictimaiyyətinin geniş nümayəndələri iştirak etmişdirlər Öncə Azərbaycanın dövlət himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Həsənov çxış edərək bildirdi ki, Müzəffər Azərbaycan Ordusunun əsasını Ümummilli Liderimiz Heydər  Əliyev  qoymuş və ordumuzun daima gücləndirilməsi üçün çalışmışdır. Ordumuza diqqət Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyəti dövründə də davam etmiş və  onun   komandanlığı altında, ordumuz torpaqlarımızı düşməndən azad etmişdir. Daha sonra,  Ağcabədi Regional Mədəniyyət İdarəsinin  Rəisi Qalib Həsənov çıxış edərək bildirdi  ki, Zəfər Gününə gələn yol hər birimizin xatirəsindədir. Bildiyiniz kimi, keçən əsrin sonlarında Azərbaycan torpaqlarını işğal etməyə başlayan ermənilər, tarix  boyu Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yürütmüşdürlər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra,  onun rəhbərliyi ilə ordu quruculuğu başlandı və  silahlı qüvvələrimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrimizin  Müzəffər Ali Baş Komandanı  cənab İlham Əliyevin diqqəti sayəsində qüdrətli orduya çevrildi. Müzəffər Ordumuz, cənab İlham Əliyevin komandanlığı ilə  düşməni məhv edərək,  torpaqlarımızı 30 ildən sonra işğaldan azad etdi və bu qələbə, dünya hərb tarixində yeni səhifə açdı. Zəfər Günü münasibətilə hər birinizi təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Tədbirdə çıxış edən  Azərbaycan Respublikasının əməkdar artisti,  aktyor  və bədii qiraətçi  Azad Şükürov,  şair Qulu Ağsəsin Ağdam şəhərinə ithaf etdiyi şeir səsləndirdi. Tədbir,  Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin vətənpərvərlik  mövzusunda mahnıları, şeirlər və Zəfər kompozisiyası  ilə davam etdirilmişdir.Tədbirin sonunda Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Könül Kərimova, tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

 

 

200.4 KB

 

192.3 KB

 

205.8 KB

 

215.6 KB

 

275.5 KB

 

207.2 KB

 

218.5 KB

 

216 KB

 

242.7 KB

 

213.5 KB

 

230.5 KB

 

206 KB

 

194.6 KB

 

210.7 KB

 

203.1 KB

 

270.7 KB

 

255.4 KB

 

221.3 KB

 

256 KB

 

277.7 KB

 

191.4 KB

 

258.9 KB

 

204.6 KB

 

192.5 KB

 

226.6 KB