Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamın Qaradağlı kənd Mədəniyyət evində Konstitusiya günü münasibətilə tədbir keçirildi

11.11.2021

11 Noyabr  2021 -ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin və  MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının  birgə təşkilatçılığı ilə, Qaradağlı kənd Mədəniyyət evində Azərbaycan  Respublikasının  Konstitusiya günü münasibətilə "12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür" adlı tədbir keçirildi.  Tədbiri giriş sözü ilə Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva açaraq, tədbir iştirakçılarını salamladı və Azərbaycan Respublikası Konstitusiyasının  yaranma tarixindən danışdı.  Bu gün, Azərbaycan  Respublikasının  Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995 -ci il noyabrın 12-də keçirilmiş  ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.1995-ci ildə qəbul olunmuş Konstitusiya,  müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin  tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Konstitusiya  quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla, Konstitusiyaya  üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti,  məhkəmə hakimiyyəti  orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqlarının  müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Sonra MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının müdiri İradə Qasımova  çıxış edərək, Azərbaycan  Respublikası Konstitusiyasının  maddələri və    Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası haqda məlumat verdi.

 

174.8 KB

 

182.1 KB

 

167.4 KB

 

162.5 KB