Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

10.11.2021

10  Noyabr 2021-ci il tarixdə Ağdam rayon Səfərli kənd tam orta məktəbinin müəllim və şagirdləri,  Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov, qonaqları  Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə tanış etmiş, onlara Ulu Öndərin sovet və müstəqillik dövrlərində bölgələrimizə səfərləri, zəhmətkeşlərlə görüşməsi və   apardığı sosial-iqtisadi siyasət haqqında məlumat vermiş,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Ağdam rayonuna səfərləri zamanı çəkilmiş fotoşəkillərlə tanış etmişdir. Daha sonra qonaqlar, işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimizlə tanış edilmiş, onlara  mənfur qonşumuz ermənilərin tariximizə qarşı etdikləri vəhşiliklər haqda ətraflı məlumat verilmişdir.