Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

13.11.2021

13  Noyabr 2021-ci il tarixdə Ağdam rayon Təzəkənd kənd tam orta məktəbinin müəllim və şagirdləri,  Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov, qonaqları  Ulu Öndər Heydər Əliyevin gənclik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsinin sıralarında çalışdığı və Azərbaycan SSR KP.MK Birinci Katibi, SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini  və SSRİ KP. MK Siyasi Bürosunun üzvü olduğu illərdə, həmçinin, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsini daşıdığı illərdə çəkilmiş fotoşəkillərlə tanış edib, onlara ətraflı məlumat vermişdir.  Qonaqlar, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimizlə də tanış edilmiş, onlara  Azərbaycan tarixinə aid olan bu abidələr haqqında ümumi məlumat verilmişdir.

 

48.8 KB

 

58.1 KB

 

46.4 KB

 

54.4 KB