26.02.2018
Tədbirdə öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Sevda Hüseynova bildirdi ki, tarix boyu vətəndaşlarımıza qarşı dəfələrlə cinayətlər törədən ermənilər XX əsrin sonlarında növbəti bəşəri tarixi cinayəti -Xocalı soyqırımını törətdilər. Mənfur düşmən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc sakinləri amansız vəhşiliklə qətlə yetirdilər. Faciə ilə əlaqədar MKS-in Üçoğlan, Quzanlı , II Əhmədağalı, Əhmədavar, I Çəmənli,Mərzili kənd kitabxana filiallarında anım mərasimləri keçirildi.