Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Heydər Əliyev Mərkəzində”Milli Dirçəliş Günü”ilə əlaqədar tədbir keçirildi

17.11.2021

17 noyabr 2021 – ci il tarixdə Milli Dirçəliş günü ilə əlaqədar olaraq xüsusi karantin qaydalarına əməl etməklə Ağcabədi "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə “Milli Dirçəliş – 29 “adlı tədbir keçirildi. Könüllər ilk öncə Heydər Əliyevin həyat və fəalliyyətini özündə əks etdirən eksponatlarla yaxından tanış olub.Daha sonra Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva Milli Dirçəliş Gününün tarixindən məlumat verərək bildirdi ki,bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır. Beləliklə, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.1988-ci ildən Ermənistanın başlatdığı Dağlıq Qarabağ münaqişəsi 27 sentyabr 2020-ci ildə başlanan,44 gün davam edən Vətən Müharibəsində Dağlıq Qarabağın həqiqi sahibləri olan Azərbaycan xalqının qələbəsi ilə sona çatdı."ASAN xidmət" mərkəzinin könüllülər üzrə məsul şəxsi Gülsəba Abbasova da mövzu ətrafında çıxış edərək bildirdiki,bu günki qələbəmiz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasətin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin sayəsində qazanıldı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

 

 

223.1 KB

 

196.5 KB

 

218.3 KB

 

219.6 KB

 

144.6 KB