Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya etdilər

23.11.2021

23 Noyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Gənclərin İnkişaf Karyera Mərkəzinin könüllüləri, Ağcabədi  Regional Mədəniyyət İdarəsi Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı muzeyin direktoru Ülvi Qədirov muzeyin yaranma tarixindən, tarixi eksponatlardan, 44 günlük Vətən müharibəsi zamanı  ermənilər tərəfindən ərazilərimizə atılan qadağan olunmuş silah-sursatlar haqqında geniş məlumat verdi. Muzeydə xatirə şəkilləri çəkildi, qonaqlar muzeyin rəy kitabına  öz fikirlərini yazdılar. Daha sonra Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, ekskursiyaya gələn qonaqları ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin    xatirəsinə Qaradağlı kənd Mədəniyyət evində yaradılmış guşə ilə tanış etdi.

 

 

81.2 KB

 

74.7 KB

 

88.3 KB

 

72.6 KB

 

96.3 KB

 

82.5 KB

 

87.9 KB

 

66.1 KB