Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

02.12.2021

02  Dekabr 2021-ci il tarixdə Ağdam rayon Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagirdləri,  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin Fond mühafizi  Elçin Cəfərov, qonaqları  Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə tanış etmiş, onlara Ulu Öndərin sovet və müstəqillik dövrlərində bölgələrimizə səfərləri, zəhmətkeşlərlə görüşməsi və   apardığı sosial-iqtisadi siyasət haqqında ətraflı məlumat vermişdir.  O bildirmişdir ki, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi, onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Daha sonra qonaqlar, işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimizlə tanış edilmiş, onlara  mənfur qonşumuz ermənilərin tariximizə qarşı etdikləri vəhşiliklər haqda ətraflı məlumat verilmişdir.

 

 

 

 

91.8 KB

 

92.5 KB

 

102.5 KB

 

82.3 KB