Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

04.12.2021

04  Dekabr 2021-ci il tarixdə Ağdam rayon Zəngişalı kənd tam orta məktəbinin müəllim və şagirdləri,  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin Fond mühafizi  Elçin Cəfərov, qonaqları  Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərlə tanış etmiş, onlara Ulu Öndərin sovet və müstəqillik dövrlərində bölgələrimizə səfərləri, zəhmətkeşlərlə görüşməsi və   apardığı sosial-iqtisadi siyasət haqqında ətraflı məlumat vermişdir.  Həmçinin bildirmişdir ki, yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub-saxlamaq üçün, ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək, 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb-gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

Daha sonra qonaqlar, işğaldan azad edilmiş bölgələrimizdə yerləşən tarixi abidələrimizlə tanış edilmiş, onlara  mənfur qonşumuz ermənilərin tariximizə qarşı etdikləri vəhşiliklər haqda ətraflı məlumat verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

105.7 KB

 

104.5 KB

 

116.7 KB

 

109.6 KB