Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix Diyarşünaslıq Muzeyində tələbə-gənclər arasında bədii qiraət-şeir müsabiqəsi keçirilmişdir

08.12.2021

08 dekabr tarixdə 2021-ci ilin “Nizami İli” elan olunması ilə əlaqədar olaraq, Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Pedaqoji Universitetinin və Ağcabədi Pedaqoji Kollecinin tələbələri arasında dahi şairin yaradıcılığını əhatə edən bədii-qiraət şeir müsabiqəsi keçirilmişdir. “Nizami İli” çərçivəsində baş tutan şeir müsabiqəsinin məqsədi mütəfəkkir şair Nizami Gəncəvinin yaradıcılığının dərindən öyrənilməsi, Nizami irsinin təbliği və tələbə-gənclər arasında daha çox sevilərək dərindən mənimsənilməsi olmuşdur.  Xüsusi karantin qaydalarına ciddi əməl edilməklə Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində keçirilən bədii qiraət müsabiqəsində 20-dən artıq tələbə iştirak etmişdir. Müsabiqə iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından seçmə şeirlər, qəzəllər səsləndirmişlər. Münsiflər heyəti – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Aran” qəzetinin baş redaktoru, şair Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, mədəniyyət işiçisi, bədii qiraətçi Gündüz Sevindik və “ARAN tv”-nin aparıcısı, publisist-yazar Pərvin Şakirqızı müsabiqə iştirakçılarının ifalarını dinləyərək  qalibləri müəyyən etmişlər. Münsiflər heyətinin qərarına əsasən Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Süleymanlı Füruzə Səxavət qızı I yerə, Ağcabədi Pedaqoji Kollecin tələbəsi Qurbanlı Durna Saleh qızı II yerə, Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Rüstəmova Simarə Fikrət qızı və Ağcabədi Pedaqoji Kollecin tələbəsi Süleymanlı Ervin Vüsal oğlu müvafiq olaraq müsabiqənin III yerinə layiq görülmüşlər. Qaliblər Ağcabədi Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.

 

 

52.2 KB

 

48 KB

 

48.7 KB

 

55.7 KB

 

114.6 KB

 

145.8 KB

 

99.3 KB

 

90.2 KB

 

66.6 KB

 

85.8 KB

 

81.4 KB

 

120.7 KB

 

123.3 KB