Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Qaradağlı kənd mədəniyyət evində ”Əbədiyaşar Lider” mövzusunda tədbir keçirildi

09.12.2021

9 dekabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin,  Ağdam rayon  Tarix Diyarşünaslıq muzeyinin və Ağdam rayon MKS-İNİN 5 saylı Qaradağlı kənd kitabxanasının əməkdaşlarının birgə təşkilatçılığı ilə, Qaradağlı kənd Mədəniyyət evində 12 dekabr  Ümummili Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Əbədiyaşar Lider" mövzusunda tədbir  keçirildi. Tədbirdə Qaradağlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak etdi.  İlk öncə Ulu Öndər Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra  Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, MKS-nin 5saylı Qaradağlı kənd kitabxanasının müdiri İradə Qasımova  və Qaradağlı kənd tam orta məktəbinin müəllimi Yaqut Məmmədova  çıxış edərək,  Ulu Öndər  Heydər Əliyev haqqında məlumat verdilər.   Onlar bildirdilər ki, 12 dekabr Azərbaycan Xalqının Ümummili  lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür.Azərbaycan xalqı,  Ulu Öndər  Heydər Əliyevin əziz xatirəsini  böyük ehtiramla və minnətdarlıqla yad edir. Ümumiyyətlə, Ümummilli liderin  Azərbaycan  Dövləti və xalqı qarşısındakı  tarixi xidmətləri,  onun fəaliyyətinin  bütün mərhələlərini əhatə edir. Ulu Öndər vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız  Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm"  kəlamı, bu gün də  xalqımız tərəfindən  qürurla  xatırlanır. Azərbaycanın  milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin  xidmətləri misilsizdir. Ulu Öndər, ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə  ifadə etmişdir. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin  hakimiyyətə qayıtması ilə, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi  həyatında da öz dəyişikliklərinin əsasını qoydu. Azərbaycanın bu günki uğurları, məhz Heydər Əliyev siyasətinin  layiqincə davam etdirilirilməsinin məntiqli nəticəsidir. Azərbaycan  Respublikasının Prezidenti Cənab İlham Əliyevin  qeyd etdiyi kimi,  Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə  Azərbaycan xalqına ləyaqətlə  xidmət etmişdir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti davam etdirilir, onun siyasəti  yaşayır və  müstəqil Azərbaycanı yaşadır.  Sonda məktəbin şagirdləri  Ulu Öndər Heydər  Əliyevə aid  şeirlər söylədilər.

 

101 KB

 

136 KB

 

105 KB

 

108 KB

 

56.4 KB