Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

12.12.2021

12 dekabr 2021-ci il tarixdə, Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə, Ağdam rayonunun gənclərinin Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı  Mərkəzin əməkdaşı Elçin Cəfərov, gənclərimizə Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan danışmış, Ümummilli Liderimizin xalqımız qarşısındakı  müstəsna xidmətləri haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq, ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir.  1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli Lider Heydər Əliyev xilas etmişdir. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulmuş və çiçəklənmə dövrünə qədəm qoymuşdur.

 

105.2 KB

 

69.1 KB

 

94.5 KB

 

85.3 KB

 

107.5 KB

 

108 KB