Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində ”Tarixin Qızıl Hərfləri” adlı tədbir keçirildi

10.12.2021

10 Dekabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində, Ağdam rayon Heydər Əliyev Mərkəzinin, Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd klubunun, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin və Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Tarixin Qızıl Hərfləri" adlı tədbir keçirildi. Tədbirdə Ağdam, Bərdə və Tərtər rayonundan dəvət almış şəhid ailələri və qazilər iştirak etmişdirlər. İlk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ağdam rayon Şıxbabalı kənd klubunun müdiri İlhamiz Əliyev, klubun mədəni təşkilatçısı Aynurə Əlizadə, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Ağdam rayon Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov, Ağdam rayon Əliağalı kənd Mədəniyyət evinin təşkilatçısı Aynurə Cəfərova, şair Vəliyəddin Adil Ağdamlı və Yusifcanlı kənd kitabxanasının müdiri Adil Qasımov çıxış edərək, ölkəmizin ərzisinin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək, qazilərimizə Allahdan şəfa arzuladılar.

Tədbirdə şəhid Anar Yusifovun atası Sərxan Yusifov və Vətən müharibəsinin qaziləri çıxış edərək, tədbirin təşkilatçılarına öz minnatdarlıqlarını bildirdilər.Daha sonra Nursəfa Mustafa oğlunun təşkilatçılığı ilə Tərtər rayonundan gəlmiş qazilər və Ağdam rayonundan dəvət edilmiş qazilərimiz

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Bir qrup gənc 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə aktiv iştirakına görə Fəxri fərmanla təltif olunmuşlar. Tədbirdə şeir söyləyən şagirdlərimiz, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur.

Tədbirin sonunda Zəfər qələbəmizə aid videoçarxlar göstərilmişdir. Daha sonra hörmət əlaməti olaraq, qazilərimiz çay süfrəsinə dəvət edilmiş və xatirə şəkilləri çəkilmişdir.

 

149.7 KB

 

95.9 KB

 

191.9 KB

 

129.5 KB

 

79.3 KB

 

91.6 KB

 

65.7 KB

 

101.2 KB

 

162.5 KB

 

172.1 KB

 

98.2 KB

 

115.3 KB

 

130.4 KB

 

115.5 KB

 

213.9 KB

 

143.9 KB

 

159.3 KB

 

135.3 KB

 

141.6 KB

 

116.7 KB

 

155.8 KB

 

200.4 KB

 

172.1 KB

 

118.4 KB

 

125.4 KB

 

152.5 KB