Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

15.12.2021

15 dekabr 2021-ci il tarixdə,  Ağdam  rayon Eyvazlı kənd tam orta məktəbinin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı  Mərkəzin əməkdaşı Elçin Cəfərov, şagirdlərə  Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan danışmış, Ümummilli Liderimizin xalqımız qarşısındakı  müstəsna xidmətləri haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

 

109.5 KB

 

108.6 KB

 

76.1 KB

 

103.4 KB

 

103.1 KB

 

99.8 KB