Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

16.12.2021

16 dekabr 2021-ci il tarixdə Ağdam rayon Hacıturalı kənd tam orta məktəbinin müəllim və şagirdləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Elçin Cəfərov, qonaqlara  Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu haqqında məlumat vermiş və onları Ulu Öndərin həyatının müxtəlif illərində çəkilmiş fotoşəkillərlə tanış etmişdir. O bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını, millətini və bütövlükdə, vətənimizi bəlalardan qurtardı,  Azərbaycanın sürətlə inkişafı üçün hər cür şəraitləri yaratdı, həmçinin,  bütün sahələrdə ölkəmizin inkişaf etməsinə nail oldu. Xalqımız, Ulu Öndər Heydər Əliyevin gördüyü bu yüksək səviyyəli işlərə görə ona borcludur.

 

121.9 KB

 

103 KB

 

106.9 KB

 

99 KB

 

114.3 KB

 

74.9 KB

 

77 KB