Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Mədəniyyət işçiləri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

23.12.2021

23 dekabr 2021- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  Ağdam rayon Mədəniyyət işçilərindən bir qrup əməkdaşı, Ağdam rayonu Zaur İmanov adına  Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyevin rəhbərliyi ilə "SÖZ  SƏLTƏNƏTİNİN DAHİ HÖKMDARININ ZİYARƏTİ" adlı tədbir çərçivəsində Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsində və Nizami Gəncəvi muzeyində olmuşlar.Tədbir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdur.Ziyarətçilər məqbərədə Şeyx Nizaminin məzarına tər güllər düzmüşlər.Tədbir  iştirakçılarını Nizami Gəncəvi məqbərəsinin bələdçiləri Həqiqət Quliyeva, Aynurə Hüseynova qarşılamış,dahi Nizaminin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat vermişdir.Mədəniyyət işçiləri ustad şair haqqında ürək sözlərini söyləyərək,poeziyamızın şahının həmişəyaşar əsərlərindən "Ey dost", "Sənsiz", "Ay üzlü nigarım", "Sevgili canan" qəzəllərini ifa etdilər. Tədbir iştirakçıları daha sonra Nizami muzeyini ziyarət etdilər.Onları muzeyin bələdçisi Ləman Abdullayeva qarşıladı, muzeydə saxlanılan eksponatlar haqqında qonaqlara  ətraflı məlumat verdi, onların suallarını cavablandırdı.Dahi şairin xatirəsinə hörmət və ehtiramı ifadə edən səfər uğurla başa çatdı.

 

171.2 KB

 

98.2 KB

 

126.9 KB

 

143.5 KB

 

94.3 KB

 

109.4 KB

 

100 KB

 

82 KB

 

33.3 KB

 

96.6 KB